• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Sözlə əməl bir oldu

Sözlə əməl bir oldu

Yazar Ismayilli
//
27 may 2018
//
//
Oxunub 57
//
Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasının rayon gəncləri, Təzəkənd və Talıstan kəndlərində seçiciləri ilə görüşləri də möhtəşəm keçdi.Sözlə əməl bir oldu
Sözlə əməl bir oldu
[thumb=left]http://ismayilli-xeberleri.info/uploads/posts/2018-05/1527424229_040ap.jpg[/thumbGörüşlərdə YAP Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Sevil Əhmədova qeyd etdi ki, möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev ən yeni tarixin qarşıya qoyduğu siyasi-sosial sifarişlərin yerinə yetirilməsi üçün kompleks tədbirlər proqramının müəllifi kimi siyasi-iqtisadi sabitliyin möhkəmlənməsinə baza yaradıb.
Tədbirdə Azərbaycan QAC-nin prezidenti, millət vəkili Novruzəli Aslanov, AMEA Riyaziyyat İnstitutunun direktoru Misir Mərdanov Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasət strategiyasının qanunauyğun nəticəsi kimi, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc dairəsində sürətlə irəliləməkdə olduğundan danışdılar.
İsmayıllı gəncləri adından Qönçə Ağazadə, Tacəddin İbadov, İbrahim Əhmədov, Əkbər Şəfaqətov, Anar Həsənov, Əlirza Hüseynov, Təzəkənd kənd sakinləri Ağalar Bədəlov, Hacalı Səlimov, Ömər Şərifov, Talıstan kənd sakinləri Aydın Əzizov, İradə Hüseynova, Tamam Cəbiyeva çıxış edərək son illərdə Azərbaycanın dünyada sürətli inkişaf edən dövlətə çevrildiyini, dövlət başçısının həyata keçirdiyi tədbirlər sayəsində bütün sahələrdə uğurlar qazanıldığını vurğuladılar.
Qeyd etdilər ki, Azərbaycanımızın uğurları, nailiyyətləri, qələbələri, zəfərləri gündən-günə artmaqda və bunların davamı gəlməkdədir. Heç şübhəsiz ki, bunların kökündə, mahiyyətində İlham Əliyevin müdrik və uzaqgörən daxili və xarici siyasət kursu, müstəqil dövlət siyasəti dayanır. İsmayıllı seçiciləri Prezident seçkilərində ölkəmizin dinamik inkişafını təmin edən ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycana beynəlxalq aləmdə böyük nüfuz qazandıran cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildirdilər və verdikləri sözə əməl etdilər.

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!