• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Qədirbilən ismayıllılar şəhidləri unutmur

Qədirbilən ismayıllılar şəhidləri unutmur

Yazar Ismayilli
//
27 may 2018
//
//
Oxunub 89
//
Son illər İsmayıllıda insan amili önə çəkilir. Rayonda keçirilən tədbirlər əsasən elm və mədəniyyət xadimlərinə, şair və yazıçılara, vətən uğrunda şəhid olan mübariz oğullara həsr olunur. Belə tədbirlərin keçirilməsi ənənə halını daşıyır. İnsanlara qayğı və diqqətin nəticəsidir ki, rayonda mənəvi və ictimai-siyasi mühit gündən-günə saflaşır.Qədirbilən ismayıllılar şəhidləri unutmur
Qədirbilən ismayıllılar şəhidləri unutmur
Qədirbilən ismayıllılar şəhidləri unutmur                 Bu günlərdə keçirilən tədbirlər milli ruha, vətənpərvərlik tərbiyəsinə köklənmişdir. Aprel döyüşlərində qəhrəmanlıqla həlak olmuş Mikayıl Vahabzadənin xatirəsinə həsr olunmuş kitabın təqdimatı belə tədbirlərdən biri kimi yaddaqalan oldu.
Dəfn olunduğu gündən qəhrəman şəhidimizin qəbri ziyarət olunur, valideyinləri ilə görüşlər, xatirəsinin əbədiləşməsi üçün tədbirlər həyata keçirilir. Rayon rəhbərliyinin təşəbbüsü və təklifi ilə yaxın zamanlarda İsmayıllıda “Şəhidlər muzeyi” yaradılacağı bildirilib. İsmayıllıdan olna 144 şəhidin döyüş yolu bu muzeydə işıqlandırılacaqdır. Aprelin 9-da rayon ictimaiyyətinin iştirakı ilə Mikayıl Vahabzadənin şəhid olmasının ikinci ildönümü doğulduğu Maçaxı kəndində qeyd olunub.
Vətən yolunda canını qurban verənlərə həsr olunmuş tədbirlərdən biri də elə bu ərəfədə reallaşıb.
7 aprel 2018-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Qarabağ döyüşlərində qəhrəmanlıqla şəhid olmuş Rüstəmov Cəlal Abdulhəkim oğluna Rəna Mirzəliyevanın həsr etdiyi “Atam mənə oğul deyib” adlı kitabın təqdimat mərasimi keçirilib. Tədbirdən öncə şəhidin adına ucaldılmış xatirə-bulaq kompleksi ziyarət olunub və abidənin önünə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı tərəfindən rayon ictimaiyyəti adından əklil qoyulub.
Daha sonra tədbir Uşaq Yaradıcılıq və İnkişaf Mərkəzində davam etdirilib. Vətənpərvərlik ruhunda tərtib olunmuş zalda 350-dən çox iştirakçı toplaşıb. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, RİH-nin məsul işçiləri, hüquq-mühafizə və ədliyyə orqan işçilərinin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, təhsil işçiləri, tələbə və şagirdlər, o cümlədən şəhidin ailə üzvləri, qohumları iştirak ediblər.
Təqdimat mərasimində Vətən uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Müəllif və tədbirin aparıcısı Rəna Mirzəliyeva Cəlalın keçdiyi döyüş yolu haqqında məlumat verib və slaydlar nümayiş olunub. Çıxış edən dövlət qulluğu veteranı Valeh Salehov, teleoperator Seyidağa Mövsümov, şəhidin komandiri və kəşfiyyat qrupunun komandiri Ramiz Alışarlı, döyüşçü yoldaşı Nizami Abbas və sinif yoldaşı Tahir Hüseynov, şəhidin ailə üzvlərindən bacısı Xoşqədəm Rüstəmova Cəlal haqqında öz xatirələrini və ürək sözlərini söyləyiblər.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov İsmayıllının tarixən vətənpərvərlər və qəhrəmanlar yurdu olduğunu diqqətə çatdırıb. Ölkə rəhbərinin şəhid və Qarabağ ailələrinə göstərdiyi diqqət və qayğıdan söz açıb. Rayonda son vaxtlar keçirilən tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsindəki rolunu xüsusi qeyd edib. Ali Baş Komandanın rəhbərliyi altında işğal olunmuş torpaqlarımızın tezliklə geri alınacağını vurğulayıb. Rayon rəhbəri bu cür silsilə tədbirlərin davamlılığını tövsiyə edib.
Tədbirdə Təzəkənd kənd, şəhər 5 və 6 nömrəli tam orta məktəb şagirdlərinin çıxışları yaddaqalan olub. Əzəmətli şəkildə salona Azərbaycan bayrağı gətirilib və mübarizə ruhlu mahnılar səsləndirilib.
Gülnarə Mirzəliyeva

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!