• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Maarifçilikdən Xalq Cümhuriyyətinə: siyasi-fəlsəfi aspektlər

Maarifçilikdən Xalq Cümhuriyyətinə: siyasi-fəlsəfi aspektlər

Yazar Ismayilli
//
27 may 2018
//
//
Oxunub 29
//
Martın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı Peşə Tədris Mərkəzində AMEA-nın Fəlsəfə institutunun aparıcı elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mətanət Şəkixanovanın “Maarifçilikdən Xalq Cümhuriyyətinə: siyasi-fəlsəfi aspektlər” mövzusunda mühazirəsi dinlənilib.Maarifçilikdən Xalq Cümhuriyyətinə: siyasi-fəlsəfi aspektlər       Mərkəzin direktoru Zaur Muradov tədbiri giriş sözü ilə açaraq, gənclərin peşə seçiminə diqqətlə yanaşmalarının vacibliyini bildirib, peşəkar kadrların hazırlanmasında nəzəriyyə və təcrübənin birgə tətbiqinin təsirlərindən söz açıb və Bilik Fondunun bu istiqmətdə maarifləndirici tədbirlərinə dəstək verməyə hazır olduqlarını diqqətə çatdırıb.
Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova bu il may ayının 28-də müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünün qeyd olunduğunu və 2018-ci ilin ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini xatırladıb. X.Hüseynova bildirib ki, 100 il öncə yaradılan respublikada demokratik prinsiplər əsas götürülüb, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq bərabərliyi təmin olunub.
Tədbirdə iştirak edən İsmayıllı Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Gülnarə Mirzəliyeva təmsil etdiyi qurumun “Cümhuriyyət ili” ilə bağlı tədbirlərindən danışıb.
Bilik Evinin rəhbəri Sevinc Əliyeva Cümhuriyyət yaradıcılarının ictimai və siyasi fəaliyyətlərinin təbliği, təşviqi ilə bağlı görülən işlərdən söz açaraq, gələcəyin daha gözəl qurulmasında keçmişin danılmaz rolu olduğunu vurğulayıb.
Mühazirəçi M.Şəkixanova müsəlman Şərqində ilk demokratik respublika olan AXC-nin Vətənimizin qeyrətli oğulları tərəfindən son dərəcə çətin, ağır bir dövrdə, mürəkkəb daxili və xarici şəraitə baxmayaraq yaradıldığını deyib. Xalq Cümhuriyyətinin Azərbaycan tarixində yerinə və yarandığı dövrün siyasi-fəlsəfi aspektlərinə toxunan alim qadınlara kişilərlə bərabər seçki hüququ verildiyini, irqi, milli, dini bərabərsizliklərin ləğv edildiyini, ana dilinə dövlət dili statusu verildiyini, xalq maarifinin və mədəniyyətin digər sahələrinin inkişafına xüsusi diqqət yetirildiyini faktlarla açıqlayıb.
Tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb. Məktəbin kitabxanasına Bilik Fondu adından Cümhuriyyət tarixini əks etdirən kitablar hədiyyə olunub.
Sonra İsmayıllı Bilik Evinin dinləyicilərinə və yerli gənclərə “Parisdən məktublar” sənədli filmi göstərilib.
Sevinc Novruzova

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!