• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Ağsu-İsmayıllı dostluq körpüsü davam etdirilir

Ağsu-İsmayıllı dostluq körpüsü davam etdirilir

Yazar Ismayilli
//
25 may 2018
//
//
Oxunub 117
//
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 5 yanvar 2018-ci il tarixli 21 №-li əmrinin icrası ilə əlaqədarAğsu-İsmayıllı dostluq körpüsü davam etdirilir Ağsu və İsmayıllı rayonlarının Təhsil Şöbələri, həmçinin ümumtəhsil məktəbləri arasında pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsinin fəaliyyət istiqamətləri barədə birgə tədbirlər planına əsasən Ağsu və İsmayıllı Rayon Təhsil Şöbələri "Dostluq körpüsü" layihəsinə start verib. Layihə çərçivəsində Ağsu rayonunun təhsil ictimaiyyətinin nümayəndələri Qalacıq kənd tam orta məktəbinə işgüzar səfər edib. Ağsu-İsmayıllı dostluq körpüsü davam etdirilir“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyən edilmiş hədəflər baxımından ümumi təhsilin müasir tələblər səviyyəsində səriştəli idarə olunması və keyfiyyətinin yüksəldilməsi sahəsində təcrübə mübadilələrinin mühüm rolunu və əhəmiyyətini nəzərə alaraq, yerli təhsili idarəetmə orqanları, ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri arasında qarşılıqlı etimada əsaslanan pedaqoji əlaqələrin yaradılması məqsədilə İsmayıllı və Ağsu rayonlarının yerli təhsili idarəetmə orqanlarının əməkdaşlarının görüşü və təcrübə mübadiləsi aparılır.Ağsu-İsmayıllı dostluq körpüsü davam etdirilirAğsu müəllimləri İsmayıllı rayonunun qabaqcıl təcrübəsi öyrənilir. Tədbirdə çıxış edən İsmayıllı Rayon Təhsil Şöbəsinin məsul əməkdaşı, Respublikanın əməkdar müəllimi Şəfaqət Rəsulov Tədrisin keyfiyyətinin yüksəldilməsində məktəblərarası əməkdaşlığın əhəmiyyətindən söz açıb. Ağsu Rayon Təhsil Şöbəsinin metodisti Mətləb Nuriyev, Kəndoba kənd tam orta məktəb direktoru Afaq Məhəddinova və direktor müavini Mirzəbala Feyzulayev, Ağagül Heydərov və Ziba Məmmədova öz çıxışlarında iki qonşu rayon arasında təhsil əlaqələrinin genişləndirilməsinin mühüm əhəmiyyətindən bəhs ediblər. Ağsu-İsmayıllı dostluq körpüsü davam etdirilirGörüş çərçivəsində məktəblərin birgə hazırladıqları fəaliyyət planına əsasən görülmüş işlər müzakirə olunub və açıq dərslər dinlənilib.
Sonda Ağsu rayon Kəndoba kənd tam orta məktəbinin kollektivinə göstərdiyi dostluq və əməkdaşlıq təşəbbüsləri üçün təşəkkür elan olunub.
Elnarə GünəşAğsu-İsmayıllı dostluq körpüsü davam etdirilirAğsu-İsmayıllı dostluq körpüsü davam etdirilir

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!