• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Qalacıq kəndində Cümhuriyyətin 100 illik yubileyi qeyd olunub

Qalacıq kəndində Cümhuriyyətin 100 illik yubileyi qeyd olunub

Yazar Ismayilli
//
24 may 2018
//
//
Oxunub 144
//
24 may 2018-ci il tarixində İsmayıllı rayon T.Xanadanov adına Qalacıq kənd tam orta məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə bayram tədbiri təşkil olunub.Qalacıq kəndində Cümhuriyyətin 100 illik yubileyi qeyd olunub Azərbaycan Respublikasının Prezidenti 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. “Cümhuriyyəti İli”nin tədbirlər planına uyğun olaraq təşkil olunan tədbirdə İsmayıllı Rayon Təhsil Şöbəsinin əməkdaşları, idarə, müəsisə əməkdaşları, kənd sakinləri və məktəb kollektivi iştirak edib.
Tədbiri giriş nitqi ilə açan məktəbin direktoru Rusan Qasımov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. Azərbaycan Xalq Cümhuriyyəti haqqında ətraflı danışaraq cəmi 23 ay yaşamış Xalq Cümhuriyyəti hökumətinin qısa vaxt ərzində gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən, süqutunun səbəblərindən söz açıb. R.Qasımov qeyd edib ki, müsəlman Şərqində ilk parlament respublikası olan Cümhuriyyət milli dövlətçilik tariximizdə silinməz izlər qoyub, xalqımızın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə, Azərbaycanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb.Qalacıq kəndində Cümhuriyyətin 100 illik yubileyi qeyd olunub
Daha sonra çıxış edən İsmayıllı Rayon Təhsil Şöbəsinin məsul əməkdaşı, Respublikanın əməkdar müəllimi Şəfaqət Rəsulov Azərbaycan tarixinə, xüsusən də Cümhuriyyət tarixinə ən yüksək dəyərin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulayıb. Bildirib ki, 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa edən respublikamız məhz Heydər Əliyevin səyi nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün onun layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən qüdrətli dövlətinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqımızın azadlıq, müstəqilik ideyalarının reallaşması kimi dəyərləndirib.Qalacıq kəndində Cümhuriyyətin 100 illik yubileyi qeyd olunub Azərbaycanın müstəqilliyinin qorunmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən bəhs edən natiq Ulu Öndərin siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, dövlətimizin başçısının 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi dövlətçilik tariximizə verilən ən böyük qiymətdir. Ş.Rəsulov Azərbaycan tarixinin və mədəniyyətinin və milli-mənəvi dəyərlərin vacibliyini diqqətə çatdırıb.Qalacıq kəndində Cümhuriyyətin 100 illik yubileyi qeyd olunub
Digər çıxış edənlər də tədbirin əhəmiyyətini xüsusi vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı nəinki ölkə daxilində, eləcə də bütün dünyada və aparıcı beynəlxalq qurumlar çərçivəsində müxtəlif mövzularda tədbirlər keçirilir, kitablar nəşr olunur.
Sonda, məktəblilərin təqdimatında şeirlər, və ədəbi-bədii kompozisiya, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Elnarə Günəş
Qalacıq kəndində Cümhuriyyətin 100 illik yubileyi qeyd olunub
Qalacıq kəndində Cümhuriyyətin 100 illik yubileyi qeyd olunub

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!