• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Əlifba bayramı qeyd olunub

Əlifba bayramı qeyd olunub

Yazar Ismayilli
//
17 may 2018
//
//
Oxunub 133
//
İsmayıllı rayon Mücühəftəran Kənd tam orta məktəbində Ofeliya Məmmədovanın rəhbərlik etdiyi birinci sinifinin Əlifba bayramı şənliyi keçirilib. Əlifba bayramı qeyd olunubTədbirin birinci hissəsi birincilərin sinif otağında müəllimləri ilə birlikdə Əlifbaya həsr edilmiş yekun dərs kimi keçirilib.
Əlifba bayramı məktəb divarları arasında həyatda ilk kövrək addımlarını atmağı öyrənən körpələrin və onların müəllimlərinin hesabat bayramıdır. Bayram şənliyində I sinif şagirdlərinin valideynləri və kənd sakinləri də iştirak edib.Əlifba bayramı qeyd olunub
İkinci hissəsinin əvvəlində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Birinci sinif şagirdləri dünyanın möcüzələrinin sirli-sehirli qapılarını onların üzünə açmış ilk kitab - Əlifba haqqında Azərbaycan və rus dillərində mahnı və şeirlər oxuyublar, səhnəciklər göstəriblər. Milli paltar geymiş qız və oğlanlar Əlifbaya, Azərbaycana, Vətənə həsr olunmuş şeirlər söyləyib, xalq rəqslərini ifa ediblər. Yuxarı sinif şagirdləri birinciləri şeir və mahnılarla təbrik ediblər. Mərasimin sonunda Məktəbin direktoru Camal Məmmədov şagirdləri, müəllimləri, valideynləri bayram münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. Əlifba bayramı şənliyi birincilərin ifasında “Bayram” süitası ilə başa çatıb.Əlifba bayramı qeyd olunub
Elnarə Qasımova

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!