• Ana səhifə |
Subscribe by RSS or RUS
» » “Cümhuriyyət ili”nin bilik yarışı keçirilib

“Cümhuriyyət ili”nin bilik yarışı keçirilib

Yazar Ismayilli
//
17 may 2018
//
//
Oxunub 190
//
Mayın 17-də İsmayıllı rayon T.Xanadanov adına Qalacıq kənd tam orta məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş zona üzrə intellektual bilik yarışı keçirilib. “Cümhuriyyət ili”nin bilik yarışı keçirilibYarış İsmayıllı Rayon Təhsil Şöbəsi və məktəb rəhbərliyi tərəfindən təşkil edilib. Tədbirdə İsmayıllı Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, Respublikanin Əməkdar Müəllimi Şəfaqət Rəsulov, RTŞ-nin metodistləri Sədəf Mikayılova, Rəna Mirzəliyeva, Rəşid Məmmədov, həmçinin Sumağallı, İstisu, Qurbanəfəndi, Buynuz və Topçu kənd tam orta məktəblərinin müəllimləri öz komandası ilə birlikdə iştirak edib.
Yarışın əvvəlində dövlət himni səsləndirilib. Ardınca məktəbin direktoru Rusan Qasımov çıxış edərək, cümhuriyyət tarixində qısa söz açıb. İsmayıllı RTŞ- nin aparıcı məsləhətçisi, Respublikanin Əməkdar Müəllimi Şəfaqət Rəsulov çıxış edərək tədbirin mahiyyəti barədə iştirakçılara məlumat verib, oyunun şərtləri oyunçulara izah edib.
“Cümhuriyyət ili”nin bilik yarışı keçirilibBildirib ki, bu cür yarışların keçirilməsi məktəblilərin Azərbaycanın şanlı tarixi haqqında daha ətraflı məlumatlandırılaması, eyni zamanda, gənclərin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədi daşıyır. Həmçinin qeyd edib ki, Bilik yarışı "Azərbaycan Xalq Cumhuriyyəti İli”nə həsr olunmuş intellektual oyun üzrə 2018-ci ilin regional məktəb çempionatı keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin 14 may 2018-ci il tarixli və 350 nömrəli əmrinə əsasən təşkil olunub.
Yarışda ümumilikdə 6 kəndin məktəbindən 6 komanda mübarizə aparıb. Hər komandada 6 iştirakçı olub.
Yarış üç turda keçirilib. Hər turda cümhuriyyətin tarixi fəaliyyəti və ümumi fənn blokuna aid 12 sual səsləndirilib.
“Cümhuriyyət ili”nin bilik yarışı keçirilibQalib komanda turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilib. Gərgin mübarizə şəraitində keçən yarışda Sumağallı kənd tam orta məktəbinin komandası digər komandaları üstələyərək qalib olub. Növbəti turda mübarizə aparmaq üçün iştirak hüququ qazanıb.
Sədəf Mikayılova,
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti
“Cümhuriyyət ili”nin bilik yarışı keçirilib“Cümhuriyyət ili”nin bilik yarışı keçirilib
“Cümhuriyyət ili”nin bilik yarışı keçirilib“Cümhuriyyət ili”nin bilik yarışı keçirilib

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!