• Ana səhifə |
Subscribe by RSS or RUS
» » MVQSYİB layihəsinin icrasına başladı

MVQSYİB layihəsinin icrasına başladı

Yazar Ismayilli
//
09 may 2018
//
//
Oxunub 220
//
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ldə elan etdiyi Qrant müsabiqələrində qaliblərdən biri də bizim təşkilatımızdır. MVQSYİB  layihəsinin icrasına başladı
“Rusiya və Azərbaycan QHT-lərinin əməkdaşlığı nəticəsində əlilliyi olan insanların problemlərinin birgə həlli yollarının araşdırılması” adlı layihənin icrası Rusiyada və Azərbaycanda icra ediləcəkdir. Layihənin məqsədi Rusiya və Azərbaycan qonşuluğunun tarixi kökləri, Azərbaycan və Rusiya QHT-ləri arasında əməkdaşlıq, Dağıstan və Azərbaycan əhalisi arasında ictimai fəallığın artırılması, əlilliyi olan insanların problemlərinin birgə həlli yollarının araşdırılması işləri nəzərə tutulur. Rusiyada qədim Azərbaycan torpağı olan Dağıstanın Dərbənd şəhərində Azərbaycan İqtisad Universitetinin Dərbənd şəhər filialında tədbir həyata keçiləcək.
Layihənin icrasında gəncliyimizin tariximizi dəyərləndirməsi məsələsi də əsas rol oynayacaq. Bunun üçün biz Gəncə Dövlət Universitetinin tələbələri arasında “Vətənpərvərlikdə Cavad xan örnəyi” adlı yazı müsabiqəsi keçirilməsini planlaşdırmışıq. Müsabiqənin məqsədi gənclərimizin qəhrəmanlarımızı tanıması və gələcək nəslə vətəni qorumadan sevməyin əhəmiyyətsiz olmasını təbliğ etməkdir. Vətəni qorumasan sevməyin, sevməsən qorumağın faydası olmaz. Bizim ümidimiz gəncliyimizədir. Bir zamanlar Cavad xanın vətənin müdafiə edilməklə, ailəsini və sülaləsini vətən yolunda qurban verərək Cavad xan adını tarixə qızıl hərflərlə yazıb.
Azərbaycan Müəllimlər Universitetinin Ağcabədi rayon Filialında “Əlillikdən heç kim sığortalanmayıb” adlı tədbir keçiriləcəkdir.
Bütün tədbirlərin ən vacibi dövlətimizin bel sütunu olan ordumuza diqqətdir. Əsgərimizə verilən qiymət təhlükəsizliyimizin təminatıdır. Bizdə həmişə ordumuzun yanında olmağı düşünürük. Çünki vətənimi mənim üçün ordum xilas edəcək. Layihəmizin icrasında Müdafiə Nazirliyinin döyüş bölgələrində yerləşən N saylı hərbi hissələrindən birində “Vətənimi mənim üçün ordum xilas edəcək” adlı tədbirin keçirilməsi də planlaşdırılıb. Layihənin sonunda Bakı şəhərində “Qarabağın səsi” adlı tədbir keçiriləcəkdir. Qarabağ müharibəsi nəticəsində əlillik qazanmış insanlarla görüşdən sonra bədii hissədə nəzərdə tutulur.
“Rusiya və Azərbaycan QHT-lərinin əməkdaşlığı nəticəsində əlilliyi olan insanların problemlərinin birgə həlli yollarının araşdırılması” adlı layihənin icrası məqsədi ilə tədbirlər başlanmışdır.
15 may 2018-ci il tarixində Gəncə Dövlət Universitetində “ Vətənpərvərlikdə Cavad xan örnəyi” adlı yazı müsabiqəsinin keçirilməsi və eyni adlı konfransın keçirilməsi.
17 may 2018-ci il tarixində Azərbaycan Pedaqoji Universitetinin Ağcabədi rayon filialında “ Əlillikdən heç kim sığortalanmayıb” adlı tədbirin keçiriləcəkdir
18 may 2018-ci il tarixində Ağdam Humanitar İqtisad Kollecində layihənin tədbiri keçiriləcəkdir.
Ağdam və Ağcabədi rayonlarında keçirilən tədbirlərin məqsədi əlliliyi olan insanların problemlərinin həlində ictimaiyyətin dövlətə dəstəyinin artırılması üçün təbliğat işlərinin aparılması nəzərdə tutulur. Layihənin icrası davam edir.
Radə Abbas,
layihənin rəhbəri, MVQSYİB-nin sədri:

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!