• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Qoşa ruhlar birlikdə sevinəcəklər

Qoşa ruhlar birlikdə sevinəcəklər

Yazar Ismayilli
//
09 may 2018
//
//
Oxunub 233
//
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ildə elan etdiyi 1-ci Qrant müsabiqəsində qaliblərdən biri də “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyidir.
Qoşa ruhlar birlikdə sevinəcəklər
“Qoşa ruhlar, şairlikdən şəhidlik zirvəsinə gedən yol” adlı filmin çəkilişinə, layihənin icrasına başlanmışdır. Gəncə və İsmayıllıda icra ediləcək layihədə şəhid olmuş şairlərimizin həyatından bəhs ediləcək. Layihənin məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla şəhid olmuş gənc şairlər haqqında film çəkməklə, onların adlarının əbədiləşdirilməsidir. Bu yolla vətənpərvərlik ruhunun gücləndirilməsinə, Qarabağın işğaldan azad edilməsi işində Azərbaycan dövlətinə dəstək verməyə çalışırıq. Layihənin icrasına Gəncə şəhərindən başlanılacaqdır.
Gəncə şəhərində şəhid şairimiz Salmanov Aydın Arif oğlunun və İsmayıllıda Mikayıl Vahabzadənin haqqında film çəkiləcəkdir.
Qoşa ruhlar birlikdə sevinəcəklər
Qoşa ruhlar birlikdə sevinəcəklər
1961-ci ildə Gəncə şəhərində dünyaya göz açmış 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə Tərlan adlandırdığı tankın içində yanaraq kül olmuş Salmanov Aydın Arif oğlunun yaxınları ilə əlaqələr yaradılıb may ayının 13-15 Gəncə şəhərində filmin çəkilişinə başlanılacaqdır.
1993-cü ildə İsmayıllı rayonunda anadan olmuş, 2016-cı ilin aprel ayında Tərtər uğurunda gedən döyüşlərdə şəhid olmuş Mikayıl Vahabzadənin haqqında çəkilişlər isə iyun ayının 3-dən başlanılacaqdır.
Şəhidlərimizin ali təhsil aldıqları Sumqayıt Dövlət, Memarlıq və İnşaat Universitetlərində də çəkilişlər aparılacaqdır. Eyni zamanda universitetlərdə filmin təqdimatı da nəzərdə tutulur. Layihənin icrası məqsədi ilə bütün hazırlıq işləri tamlanmış və filmin çəkilişinə start verilib. Film hazır olduqdan sonra Gəncə şəhərində və İsmayıllı rayonunda filmin təqdimat tədbirləri keçiriləcəkdir.
Aybəniz Qafarova,
layihənin rəhbəri

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!