• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Rayon bölməsində iş təqdirəlayiqdir

Rayon bölməsində iş təqdirəlayiqdir

Yazar Ismayilli
//
03 may 2018
//
//
Oxunub 310
//
3 may 2018-ci il tarixdə İsmayıllı şəhərindəkiHeydər Əliyev Mərkəzində “Azərmətbuatyayım” ASC-nin zona müşavirəsi keçirilib. Müşavirədə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi Mirdaməd Sadıqov iştirak və çıxış edib.
Rayon bölməsində iş təqdirəlayiqdir
O, ölkədə mətbuatın rolundan, onun yayılması işindəki inkişafdan və bu sahədə aparılan digər islahatlardan danışıb, “Azərmətbuatyayım” ASC-nin Regional İdarəsinin işçilərinə rayonlardakı nümayəndıliklərinə İsmayıllı ictimaiyyəti adından dərin təşəkkürünü bildirib.
“Azərmətbuatyayım” ASC-nin sədri Süleyman Salmanlı Ağdaş, Qəbələ, Şəki Regional İdarələrin təmsilçilərinə müşavirənin gündəliyi və müzakirə olunan məsələlər barədə məlumat verib. S.Salmanlı bildirib ki, aidiyyatı sahə üzrə çeviklik, həm də idarəetməni artırmaq, təkmilləşdirmək məqsədilə respublikada 10 Regional İdarə (Gəncə, Masallı, Saaatlı, Ağdaş, Quba, Şirvan, Qəbələ, Şəki, Şəmkir, Qazax) yaradılıb.
Rayon bölməsində iş təqdirəlayiqdir
Rayon bölməsində iş təqdirəlayiqdir
Rayon bölməsində iş təqdirəlayiqdir
Rayon bölməsində iş təqdirəlayiqdir
Rayon bölməsində iş təqdirəlayiqdir
Müşavirədə “Azərmətbuatyayım” ASC-nin Qəbələ Regional İdarəsi tərkibində fəaliyyət göstərən İsmayıllı rayon bölməsində işin təqdirəlayiq olduğu qeyd olunub.
Müşavirədə iştirakçılar görülən işlərin, qarşıda duran vəzifələrin qısa şərhini veriblər, suallar cavablandırilıb və müzakirələr aparılıb.
“İsmayıllı xəbərləri”



Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!