• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Ölməzi ağlamazlar

Ölməzi ağlamazlar

Yazar Ismayilli
//
16 aprel 2018
//
//
Oxunub 180
//
El yolu borana, qara düşəndə,
Yurdun ağ gününə qara düşəndə,
Məmləkət balıqtək tora düşəndə
Hər kəsin vətənə cihad borcu var
Gənc bir şairin bu misraları nur olub neçə-neçə vətənpərvərin yolunu işıqlandırıb, qəlbindəki ən ülvi hisslərin oyanmasına təkan verib.
Ölməzi ağlamazlar
Ölməzi ağlamazlar
Ölməzi ağlamazlar
Ölməzi ağlamazlar
Ölməzi ağlamazlar
Ölməzi ağlamazlar
Ölməzi ağlamazlar
Ölməzi ağlamazlarŞairin şeirinə cavab olaraq həmin gün böyük ehtiramla, qəlblərinin səsi ilə vətənpərvərlik hisslərinə rəvac verən bir tədbirə - Azərbaycan oğlunun qəhrəmanlığına nümunə olacaq bir eloğlumuzun - Cəlal Rüstəmovun ruhunun şərəfinə yandırılmış kiçik bir çırağın işığına - ona həsr edilmiş “Atam mənə oğul deyib...” kitabının təqdimatına yığışmışdılar.
Tədbirdən əvvəl şəhidin xatirəsinə yaradılmış bulaq-kompleksin önünə rayon İcra Hakimiyyəti adından əkililər və tər qərənfillər qoyuldu.
Monitorda “Bayatı-Şiraz” üstündə “Qarabağ bülbül”lərinin ifasında mahnı səsləndikcə Qarabağ torpağından fraqmentlər bir-birini əvəz etdi.
Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Aparıcı-kitabın müəllifi Rəna Mirzəliyeva xalq , vətən , el-oba üçün fəxr ediləcək qəhrəman yetişdirən bir nəsil şəcərəsinin yolunu aqil babaların: “Ot kökü üstündə bitər” ideyası ilə monitorda slaydlar üstündə vərəqlədi.
Bütün bunlara qüvvə olaraq ürək sözünü demək üçün səhnəyə Cəlalın atası ilə uzun müddət təlim-tərbiyə sahəsində işləmiş dövlət qulluğu veteranı Valeh Salehov dəvət olundu. O, sözünü müdrik bir fikirlə başa çatdırdı: “Cəlal kimi oğul belə bir ailədə yetişməli idi.”
Bundan sonra Cəlalın qısa və mənalı həyatından, döyüş yolundan, uzaq Sibirdən rahat işini qoyub vətənin harayına gəlməsindən söhbət açıldı.
Tədbirin ən təsirli yeri C.Rüstəmovla bir cəbhədə olan, onun döyüş yolunun şahidi olan teleoperator, polkovnik Seyidağa Mövsümovun, kəşfiyyat komandiri Ramiz Alışarlının və bədii studiyanın rəhbəri Nizami Abbasın çıxışı oldu. Qəhrəmanın 1992-ci ildə çəkilmiş vətənpərvərlik ruhlu çıxışı ayaq üstə, alqışlarla qarşılandı.
C.Rüstəmovun xatirəsinə İsmayıllı şəhərində ucaldılmış bulaq-kompleksin fonunda şagirdlər ona həsr olunmuş vətənpərvər ruhlu şeirlər söylədilər.
Sinif yoldaşı Tahir Abdullayev və bacısı Xoşqədəm Rüstəmova çıxış edərək qəhrəman haqqında xatirələrini söylədilər.
RİH-nin başçısı, C.Rüstəmovun xatirəsinə ucaldılmış bulaq-kompleksin ideya müəllifi Mirdaməd Sadıqov çıxışında qeyd etdi ki, bir işıqlı sabahda Cəlal kimi oğullarımızın hünər və cəsarəti ilə əsir torpaqlarımızın azadlıq müjdəsi gələcək, Cocuq Mərcanlıda olan şənliklər bütün Qarabağımızı, bütün Azərbaycanımızı bürüyəcək, minlərlə şəhidin ruhu şad olacaqdır. Bunu böyüyən nəslin qətiyyəti də sübut edir.
Tədbir Topçu kənd tam orta məktəbinin şagirdi Kamil Məmmədovun söylədiyi “Döyüş əmri ver mənə Ali Baş Komandanım” və şəhər 6 nömrəli tam orta məktəbinin şagirdlərinin ifasında “İgid əsgər” mahnısı ilə yekunlaşdı.
Xəzri Muradov,
İsmayıllı rayonu

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!