• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Çağrışçılar təntənəli şəkildə həqiqi hərbi xidmətə yola salındı

Çağrışçılar təntənəli şəkildə həqiqi hərbi xidmətə yola salındı

Yazar Ismayilli
//
14 aprel 2018
//
//
Oxunub 158
//
Aprel ayının 13-də İsmayıllıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İsmayıllı Rayon şöbəsi tərəfindən çağrılmış gənclərin yolasalma mərasimi keçirilib.
Çağrışçılar təntənəli şəkildə həqiqi hərbi xidmətə yola salındı
Çağrışçılar təntənəli şəkildə həqiqi hərbi xidmətə yola salındı
Çağrışçılar təntənəli şəkildə həqiqi hərbi xidmətə yola salındı
Çağrışçılar təntənəli şəkildə həqiqi hərbi xidmətə yola salındı
Çağrışçılar təntənəli şəkildə həqiqi hərbi xidmətə yola salındı
Çağrışçılar təntənəli şəkildə həqiqi hərbi xidmətə yola salındı
Çağrışçılar təntənəli şəkildə həqiqi hərbi xidmətə yola salındı
Tədbiri giriş sözü ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon şöbəsinin rəisi polkovnik–leytenant Xamis Bədəlov açıb. O, hərbi xidmətə yola düşən gəncləri və onların valideyinlərini təbrik edib. Respublikamızın ərazi bütövlüyünün bərpasının, ölkəmizin təhlükəsizliyinin təmin olunmasının, Vətənin müdafiəsinin 18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşının borcu olduğunu qeyd edib.
Tədbirdə Rayon Veteranlar Şurasının sədri Əlaləm Babayev, QMƏVŞA ictimai birliyi rayon flialının sədri Vidadi Zərbiyev, oğlunu hərbi xidmətə yola salan Qarabağ qazisi Fərman Səmədov, çağırışçı Elvin Babayev çıxış ediblər. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbəsi Əlirza Hüseynovun ifasında “Ana mən əsgər gedirəm” şeiri təqdim olunub.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı uğurlu siyasət barədə danışıb. Müstəqil Azərbaycan Respublikasının güclü orduya malik olduğunu, işğal altında olan Vətən torpaqlarının mütləq və tezliklə azad ediləcəyini diqqətə çatdırıb. M.Sadıqov hərbi xidmətə yola salınan gənclərə xeyir-dua verib.
Tədbir vətənpərvərlik ruhlu konsert proqramı ilə davam edib və gənclərin yola salınması ilə yekunlaşıb.
"İsmayıllı xəbərləri"

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!