• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Soyqırımı qurbanları ehtiramla yad edilib

Soyqırımı qurbanları ehtiramla yad edilib

Yazar Ismayilli
//
10 aprel 2018
//
//
Oxunub 99
//
Soyqırımı qurbanları ehtiramla yad edilib
31 mart azərbaycanlıların soyqırımının 100 illiyi ərəfəsində T.Xanadanov adına İsmayıllı rayon Qalacıq kənd tam orta məktəbində “Dəyirmi masa”, “Azərbaycanlıların soyqırımı tarixin sağalmaz yarasıdır” məktəblilər arasında esse və inşa yazı təqdimatı və eləcə də məktəblilərin əl işlərindən ibarət sərgi keçirilib. Mart soyqırımından bəhs edən, divar qəzetləri, bülleten, fotostend və guşələr hazırlanıb. Soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə ağacəkmə aksiyası həyata keçirilib.
Soyqırımı qurbanları ehtiramla yad edilib
Soyqırımı qurbanları ehtiramla yad edilib
Mart ayının 30-da soyqırımı qurbanlarının xatirəsini yad etmək və əbədiləşdirmək məqsədi ilə anım tədbiri keçirilib. Tədbirdə soyqırımına məruz qalmış qurbanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Məktəb rəhbərliyi və fənn müəllimləri tərəfindən şagirdlərə erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımın tarixi haqqında geniş məlumat verilib, hər il mart ayının 31 ölkəmizdə dövlət səviyyəsində soyqırım günü kimi qeyd edildiyi bildirilib. İki əsrdən çox bir müddətdə ermənilər tərəfindən Azərbaycanda törədilən soyqırımlarının coğrafiyasının geniş olduğu, təkcə 1918-ci ilin mart və aprel aylarında Bakı, Şamaxı, Lənkəran, Qubada və digər bölgələrimizdə 10 minlərlə, o cümlədən təkcə İsmayıllı rayonunun bir neçə kəndlərində ümumilikdə 1597 nəfər azərbaycanlının qətlə yetirildiyi, evləri talan edilərək yurd-yuvasından didərgin salındığı qeyd olunub. Çıxış edənlər 31 Mart soyqırımına ulu öndər Heydər Əliyev tərəfindən gerçək hüquqi-siyasi qiymət verildiyini qeyd edərək, bu hadisənin bir soyqırımı aktı olduğunu bildiriblər. Çıxış edən şagirdlər öz hisslərini şeirlər, bayatılar vasitəsilə ifadə ediblər.
Tədbirin davamı olaraq soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmaması məqsədi ilə ağacəkmə aksiyası həyata keçirilib. Ağacəkmə aksiyasında məktəb rəhbərliyi, məktəbin müəllimləri və şagirdləri iştirak edib. Məktəbin həyətində soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə meyvə ağacları əkilib.
Maral Məmmədova,
Məktəbin müəllimi

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!