• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İsmayıllı-Ağsu "Dostluq körpüsü"ndən

İsmayıllı-Ağsu "Dostluq körpüsü"ndən

Yazar Ismayilli
//
10 aprel 2018
//
//
Oxunub 114
//
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 5 yanvar 2018-ci il tarixli 21 № -li əmrinin icrası ilə əlaqədar Ağsu və İsmayıllı rayonlarının Təhsil Şöbələri, həmçinin ümumtəhsil məktəbləri arasında pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsinin fəaliyyət istiqamətləri barədə birgə tədbirlər planına əsasən Ağsu və İsmayıllı Rayon Təhsil Şöbələri "Dostluq körpüsü" layihəsinə start verilib.
İsmayıllı-Ağsu "Dostluq körpüsü"ndən
İsmayıllı-Ağsu "Dostluq körpüsü"ndən
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyən edilmiş hədəflər baxımından ümumi təhsilin müasir tələblər səviyyəsində səriştəli idarə olunması və keyfiyyətinin yüksəldilməsi sahəsində təcrübə mübadilələrinin mühüm rolunu və əhəmiyyətini nəzərə alaraq, yerli təhsili idarəetmə orqanları, ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri arasında qarşılıqlı etimada əsaslanan pedaqoji əlaqələrin yaradılması məqsədilə İsmayıllı və Ağsu rayonlarının yerli təhsili idarəetmə orqanlarının əməkdaşlarının görüşləri keçirilmişdir.
İlk görüş İsmayıllı rayonu Qubaxəlilli kənd tam orta məktəbində təşkil olunub. Görüş zamanı idarəetmənin və sənədlərlə işin təşkili barədə fikir mübadiləsi aparılıb, qabaqcıl müəllimlərin açıq dərsləri dinlənib. Aparılan müzakirələr zamanı bildirilmişdir ki, əməkdaşlıq çərçivəsində tədbirlər dərs ili ərzində davam etdiriləcəkdir .
Layihənin davamı olaraq növbəti tədbir Ağsu Rayonunun Muradlı kənd tam orta məktəbində keçirilmişdir. Tədbir çərçivəsində İsmayıllı rayonunun Qubaxəlilli kənd tam orta məktəb kollektivinin 15 nəfərdən ibarət nümayəndə heyəti Muradlı kənd tam orta məktəbi və Ağsu şəhər 3 nömrəli tam orta məktəblərində olublar.
Daha sonra əməkdaşlıq çərçivəsində İsmayıllı şəhər 5 nömrəli tam orta məktəblə Ağsu 3 nömrəli Məktəbinin pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması məqsədilə keçirilən Elmi Praktik konfrans təşkil edilib, açıq dərslər dinlənilib.
Rusan Qasımov,
Qalacıq kənd tam orta məktəbinin direktoru

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!