• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İstək, işgüzarlıq nailiyyətə aparan yoldur

İstək, işgüzarlıq nailiyyətə aparan yoldur

Yazar Ismayilli
//
26 mart 2018
//
//
Oxunub 26
//
İstək, işgüzarlıq nailiyyətə aparan yoldurİlk baxışda digərlərindən seçilməyən balaca, gülərüz, şən bir qız oxuyur Ağbulaq kənd ümumi orta məktəbində. Hamının sevdiyi, hörmət bəslədiyi, “çempion”, - deyə çağırdığı bu qız məktəbin V sinif şagirdi Ləman Əkbərovadır.
Ləman məktəbin nümunəvi şagirdlərindəndir, dərs əlaçısıdır. Məktəbin keçirdiyi bütün tədbirlərdə fəallığı ilə seçilir. Fənləri dərindən öyrənməsi, işgüzarlığı, səmimiyyəti və çalışqanlığı onu məktəbin sevimli şagirdinə çevirmişdir. Onu yoldaşlarından fərqləndirən cəhətlərdən biri dərsdənkənar vaxtlarda idmanla müntəzəm məşğul olmasıdır.
Pedaqoji təcrübəmə güvənib deyə bilərəm ki, təhsildə öndə olan uşaqlar digər sahələrdə də əzmlə çalışır, uğur qazanırlar. İstək, işgüzarlıq nailiyyətə aparan yoldur. Ləman məhz belə şagirdlərdəndir. O, artıq neçə ildir ki, İsmayıllı Olimpiya-İdman Kompleksində məşqçi müəllim Bayram Qəhrəmanovun rəhbərliyi altında idmanın karate-do növü ilə ciddi məşğul olur. Qısa müddətdə qazandığı uğurlarla nəinki rayonda, hətta respublika səviyyəsində tanınır. Qeyri-adi çevikliyi, oğlanlara xas fiziki gücü, həmişə qalib gəlmək istəyi nəticəsində Azərbaycan Karate-Do Federasiyasnın birinciliyində (mart 2017-ci il) I yeri, Açıq Bakı birinciliyində I yeri, Dünya kuboku yarışlarında (2016-cı il) II yeri, 2017-ci ildə isə I yeri qazanmışdır. 2017-ci ilin sentyabr ayında Gürcüstanda keçirilən Dünya birinciliyində uğurla çıxış edərək birinci yeri tutmuşdur.
Ləmanın qazandığı medalları, kubok və diplomları görəndə bir müəllim kimi hədsiz sevinirəm. Sevinirəm ki, məktəbimizin adına ucalıq gətirən bu balaca qız Bakı Karate-Do Federasiyasının təqdimatı ilə “İlin ən yaxşı idmançısı” naminasiyasında birinci yerə layiq görülüb, qiymətli hədiyyələrlə mükafatlandırılıb.
İstək, işgüzarlıq nailiyyətə aparan yoldurRayon İcra Hakimiyyəti, şəxsən başçı Mirdaməd Sadıqov, eləcə də rayon Gənclər və İdman İdarəsi bu qəbildən olan idmançılarımıza xüsusi diqqət və qayğı göstərir, müvəffəqiyyətlərini mükafatlandırır, onları yeni qələbələrə ruhlandırır.
Ölkədə idmana göstərilən dövlət qayğısını görən gənclər artıq kütləvi şəkildə idman bölmələrinə yazılır, sağlam həyat tərzi keçirməyə çalışırlar. Məktəbimizdə Ləman tək deyil. Bakıxan və Orxan Nuriyev qardaşları da kifayət qədər idman uğurları qazanmış, istedadları ilə diqqət çəkməkdədirlər. Bu işdə onların ən yaxın məsləhətçiləri isə məktəbin fiziki tərbiyə müəllimi Gülxar Əkbərovadır.
Yolunuz açıq olsun! Qolunuza qüvvət, gənc dostlar!
Əflatun Baxışov,
Ağbulaq kəndi




Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!