• Ana səhifə |
Subscribe by RSS or RUS
» » “Ana harayı” abidəsi ziyarət olunub

“Ana harayı” abidəsi ziyarət olunub

Yazar Ismayilli
//
06 mart 2018
//
//
Oxunub 119
//
“Ana harayı” abidəsi ziyarət olunub İsmayıllıda Xocalı faciəsinin 26-ci ildönümü ilə əlaqədar 26 fevral 2018-ci il tarixdə “Ana harayı” abidəsi kütləvi ziyarət edilib. Bu günə qədər idarə, müəssisə və təşkilatlarda, ümumtəhsil orta məktəblərində tədbirlər, ədəbi-bədii kompozisiyalar, yürüşlər, rəsm və inşa müsabiqələri, şəhidlərin xatirəsinə həsr olunmuş idman turnirləri keçirilib.
Faciə günü saat 10:00-da Mərkəzi meydanda toplanmış 6 mindən çox İsmayıllı sakini Rayon İcra Hakimiyyətinin rəhbərliyi öndə olmaqla “Ana harayı” abidəsinə doğru hərəkət edib.
“Ana harayı” abidəsi ziyarət olunub
“Ana harayı” abidəsi ziyarət olunub
“Ana harayı” abidəsi ziyarət olunub Ziyarətçilərin önündə Xocalıların ruhunu əks etdirən libasda və “Xocalı-26” yazısını əllərində tutan gənclər gediblər.
İştirakçılar əllərində faciə səbəbkarlarını lənətləyən, gəncləri mübarizəyə səsləyən plakatlar tutaraq mərkəzi meydandan soyqırım abidəsinədək yürüş ediblər.
Abidənin qarşısında dövlət qulluğu veteranı Valeh Salehov həmin faciənin erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl iş aparılmasından danışaraq qisas gününün yaxın olduğunu bildirib.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Ana harayı” abidəsinin və Qarabağ müharibəsində şəhid olan vətən övladlarının adları yazılmış lövhələrin önünə gül dəstələri qoyulub.
Yürüş-ziyarətdən sonra İsmayıllı şəhər Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 26 illiyinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Nəsimi Teymurov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!