• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Təşəkkür edirəm

Təşəkkür edirəm

Yazar Ismayilli
//
06 mart 2018
//
//
Oxunub 121
//
Təşəkkür edirəm                       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 20 dekabr 2017 ci ildə Əməkdar jurnalist fəxri adına layiq görülməyim münasibətilə neçə vaxtdırki ünvanıma teleqramlar, açıqcalar, yazılı və şifahi təbriklər, digər xoş sözlər hələ də gəlməkdir.
Anadan olmağımın 75 illiyi və jurnalistlik fəaliyyətimin 50 illiyi barədə ölkə başçısı cənab İlham Əliyevə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov tərəfindən göndərilmiş təqdimat yüksək qiymətləndirilmiş və mən Əməkdar jurnalist fəxri adına layiq görülmüşəm. Əməyimin bu dərəcədə layiqincə qiymətləndirilməsində böyük rolu olan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov və bu fəxri adı almağım münasibətilə məni birincilər sırasında teleqram ilə təbrik edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi cənab Mirdamət Sadıqov başda olmaqla məni uzun müddətdir ki, təbrik edən agsaqqallara, ziyalılara, müəllimlərə, mühəndislərə, idarə və müəssisə rəhbərlərinə, jurnalistlərə, həkimlərə, hüquq və digər orqan işçilərinə, çoxsaylı oxuculara, dostlara və yoldaşlara ürəkdən gələn minnətdarlığımı bildirir və çox-çox təşəkkür edirəm!
Dərin hörmətlə:
İldırım Dəmirli,
Əməkdar jurnalist




Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!