• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Rayon İcra Hakimiyyətində xarici qonaqlar qəbul olunub

Rayon İcra Hakimiyyətində xarici qonaqlar qəbul olunub

Yazar Ismayilli
//
06 mart 2018
//
//
Oxunub 156
//
Rayon İcra Hakimiyyətində xarici qonaqlar qəbul olunub 7 fevral 2018-ci il tarixdə “Dövlət məşğulluq xidmətinin modernləşdirilməsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı tvinninq layihəsi çərçivəsində Litva Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Egle Radisauskine, İsveç Dövlət Məşğulluq Xidmətinin rəhbəri (Arbetsförmedlingen) Eva Vestlund, Avstriya Federal Əmək, Sosial Məsələlər və İstehlakçıların Hüquqlarının Müdafiəsi Nazirliyinin əməkdaşı Maunela Harqassner-Delpos, layihə üzrə daimi tvinninq müşaviri Audra Mikalauskaite, Azərbaycan Respublikası ƏƏSMN-nin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Elnarə Ənsari, ƏƏSMN-nin yanında DMX-nin rəis müavini Səbuhi Hüseynov İsmayıllı rayonuna səfər ediblər.
Rayon İcra Hakimiyyətində xarici qonaqlar qəbul olunub Səfər proqramında nəzərdə tutulduğu kimi qonaqlar İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovla görüşüblər.
Sonra qonaqlar özünüməşğulluq proqramının iştirakçıları ilə tanış olub, İsmayıllı rayonu Keyvəndi kəndinə səfər ediblər. Özünüməşğulluq proqramının dəstəyi ilə Cümşüd Ağayevin qoyunçuluq biznesi ideyası üzrə ev təsərrüfatına baxış keçiriblər.
Şahin Hüseynov


Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!