• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Ruşan kəndində qəbul

Ruşan kəndində qəbul

Yazar Ismayilli
//
06 mart 2018
//
//
Oxunub 173
//
Ruşan kəndində qəbulMultikultural Ruşan kəndinin sakinlərindən bir qrupu 1981-ci ildə Qərbi Azərbaycandan köç edib. Həmin il dekabr ayının 5-də zəlzələdən sonra Ruşana gələn ümummilli lider Heydər Əliyev əhali ilə görüşərkən kəndin cənub hissəsindəki boş ərazidə yeni yaşayış evləri tikilməsini tapşırmışdı. Tapşırıq yerinə yetirildi və İsmayıllıya yeni gələn soydaşlarımız bu evlərə köçdülər.
Həmin tarixdən xeyli vaxt keçir. Ötən vaxt ərzində kəndə asfalt yol, içməli su xətti çəkilib. Ölkədə gedən sürətli inkişafın dalğası bölgələrə də çatır. İnkişaf prosesində çatışmazlıqlar, daha rahat yaşayış üçün istək və arzular yaranır. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Ruşanda yaşayan sakinlərin bugünkü təklif, arzu, məsləhət və istəklərini öyrənmək məqsədi ilə kənddə səyyar qəbul keçirib.
Başlanğıcda Mirdaməd Sadıqov ruşanlıların əməksevərliyindən, işgüzarlığından, aqrar sahənin inkişafına diqqətlə yanaşmalarından, dövlətin sosial-iqtisadi siyasətinə ürəkdən xidmət etmələrindən razılıqla danışıb, bu istiqamətdə fərqlənənlərin adını hörmətlə qeyd edib. Sonra səmimiyyətlə hər bir kəsi dinləyib.
İndiyə qədər görülən işlərə, həyata keçirilən sosial tədbirlərə, sabit və təminatlı həyata görə Respublika Prezidentinə minnətdarlıq edən ruşanlılar bir sıra məsələlərin də həllinə yardımçı olmağı başçıdan xahiş ediblər. Hansılardır onlar?
Ruşan və Vəng kəndlərinə qaz çəkilişi, müasir tələblərə cavab verən məktəb binasının tikintisi, icma evinin inşası, Ruşana çəkilmiş asfalt yolun Vəngə qədər davamı, “Şirin su”dan Ruşana və Vəngə gələn içməli su xəttinin təmiri, surətli internetin təmin olunması, məktəbin daxili işıq sisteminin təmiri, kəndədəki evlərin enerji təchizatı şəbəkəsinin təmiri, fərdi yaşayış evlərinin sənədləşdirilməsi və sair.
Hər bir təklif və problemi diqqətə alan RİH-nin başçısı Mirdaməd Sadıqov aid strukturların, xidmət təşkilatlarının rəhbərlərinə icraya dair konkret tapşırıqlar verib, Respublika təşkilatları qarşısında qaldırılacaq məsələləri məsul icraçılara həvalə edib.
V.Salehov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!