• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Təzəkənd kəndində görüş-qəbul

Təzəkənd kəndində görüş-qəbul

Yazar Ismayilli
//
06 mart 2018
//
//
Oxunub 183
//
Təzəkənd kəndində görüş-qəbulMüasirliyi, tikinti-quruculuq işlərində yenilikləri ilə seçilən Təzəkənd kəndində rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun inzibati ərazi dairəsində yaşayan sakinlərlə görüş-qəbulu tam orta məktəbin zövqlə tərtib olunmuş foyesində keçirilib.
Giriş nitqi ilə görüş-qəbula başlayan Mirdaməd Sadıqov geniş tərkibli auditoriyaya Respublikanın sosial-iqtisadi həyatının bütün istiqamətlərində davamlı olaraq əldə edilən uğurlardan, ölkədə hökm sürən sabitliyin və işgüzar şəraitin nəticəsi olaraq, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının müvəffəqiyyətlə həyata keçirilməsindən danışıb. Qeyd edib ki, əhalinin maraqları və tələbatı əsasında hazırlanan İsmayıllının inkişaf proqramı da ilk aylardan başlayaraq uğurla həyata keçirilir. Yeni-yeni iş yerləri açılır. Əhalinin məşğulluq səviyyəsi yüksəlir. Kənd təsərrüfatının unudulmuş sahələri bərpa olunur. İstərdik ki, siz də imkanlarınızı səfərbər edib, özəl iş qurmaqda fəallıq göstərəsiniz. Rayon İcra Hakimiyyəti qanunla müəyyən olunmuş qaydada hər bir fiziki və hüquqi şəxs üçün sahibkarlıqla məşğul olmaq istəyənlər üçün lazımi şərait yaradır.
Təzəkənd kəndində görüş-qəbulRayon İcra Hakimiyyətinin başçısı sonra təklifi, sözü, şikayəti olan hər bir kəsi dinləyib. Çox yaxşı haldır və kənd əhalisinin sosial həyatının inkişafının nəticəsidir ki, şəxsi tələblərdən doğan heç bir təklifə, şikayətə rast gəlinmədi. Qeyd olundu ki, məktəbin idman meydançasından keçən qaz xəttinin yeri dəyişdirilməli, məktəbin transformatoruna qoşulan abonentlər üçün ayrı transformator quraşdırılmalı, kəndin (bələdiyyənin) adını göstərən lövhə və ya alaqapı düzəldilməli, Təzəkəndin birinci girişindən məscidə, ikinci girişindən məktəbə qədər olan yola asfalt döşənməli, yeni uşaq bağçası tikilməsi məsələsinə baxılmalı, tütünün, fındıq bağlarının və tut tinglərinin suvarılması üçün şərait yaradılmalıdır.
RİH-nin başçısı bildirdi ki, qaldırılan bir çox məsələlər bələdiyyənin fəaliyyəti ilə bağlıdır. Siz vergilərinizi vaxtında ödəməklə bələdiyyənin maliyyə imkanlarını artırmış olursunuz.
Bütün aid struktur rəhbərlərinin iştirak etdiyi görüş-qəbulda hər bir məsələ öz konkret ünvanına yönəldildi.
A.Bədəlov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!