• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Tibbi müayinə dövlət əhəmiyyətli tədbirdir

Tibbi müayinə dövlət əhəmiyyətli tədbirdir

Yazar Ismayilli
//
06 mart 2018
//
//
Oxunub 129
//
Tibbi müayinə dövlət əhəmiyyətli tədbirdirAzərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq əhalinin tibbi müayinəsinə başlanıb. Bununla əlaqədar rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov sərəncam verib, tibbi müayinənin nümunəvi təşkili ilə bağlı tədbirlər müəyyənləşdirilib. RİH başçısının sədrliyi ilə 22 nəfərdən ibarət komissiya yaradılıb işçi qruplarının tərkibi hazırlanıb, qrafik tərtib edilib. Səhiyyə mütəxəssislərinin, işçi qrup rəhbərlərinin, icra nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə bütün bunlardan ətraflı danışılıb.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, komissiyanın sədri Mirdaməd Sadıqov tibbi müayinənin dövlət əhəmiyyətli tədbir olmasından, bu sahədə icra strukturlarının üzərinə düşən vəzifələrdən danışıb. O, tibbi müayinənin xalqa xidmətin bariz nümunəsi olduğundan bəhs edib.
Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aydın Əsədov tibbi müayinənin keçirilməsi ilə əlaqədar hazırlıq işləri, təchizat problemlərinin həlli, səyyar həkim briqadalarının yaradılması barədə məlumat verib. Qeyd edib ki, bütün tibb müəssisələri müayinə üçün tam hazır vəziyətə gətirilib.
Komissiyanın sədr müavini, RİH başçısının müavini Sevil Əhmədova iştirakçıları tibbi müayinə qrafiki ilə tanış edib, may ayının birinədək davam edəcək tibbi müayinə və dispanserizasiyasının yüksək səviyyədə həyata keçiriləcəyindən danışıb.
İşin ilkin təşkili göstərdi ki, əhalinin tibbi müayinəsi geniş miqyaslı, əhatəli və müsbət nəticəli olacaqdır.
Ehtiram Manafov


Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!