• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Göstərilən diqqət yaxşı işləmək üçün dəyərli stimuldur

Göstərilən diqqət yaxşı işləmək üçün dəyərli stimuldur

Yazar Ismayilli
//
06 mart 2018
//
//
Oxunub 93
//
Göstərilən diqqət yaxşı işləmək üçün dəyərli stimuldurAzərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əməkdaşlarının peşə bayramı rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Xidməti rayon şöbəsi əməkdaşlarının, hüquq mühafizə və ədliyyə orqanları rəhbərlərinin iştirakı ilə RİH-nin konfrans zalında qeyd edilib.
İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Tədbiri giriş nitqi ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Dövlət Xidmətinin rayon şöbəsi əməkdaşlarının timsalında SHXÇDX-nin bütün şəxsi heyətini peşə bayramı münasibətilə təbrik edib, onlara dövlətə, orduya, xalqa xidmətdə yeni-yeni uğurlar arzulayıb.
SHXÇDX rayon şöbəsinin rəisi Xamis Bədəlov Dövlət Xidmətinin keçdiyi 6 illik yoldan və İsmayıllı şöbəsinin fəal mövqe nümayiş etdirməsindən danışıb.
Göstərilən diqqət yaxşı işləmək üçün dəyərli stimuldurSHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimovun əmri ilə “Dövlət xidmətinin altı illiyi və hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə” Diplomuna layiq görülmüş Mirdaməd Sadıqova təltifi şöbə rəisi Xamis Bədəlov təqdim edib.
Rayon məhkəməsinin hakimi Rəfayel Şirinov, rayon prokuroru Ülvi Abbasov, DTX rayon şöbəsinin rəisi Fəxrəddin Babayev, Polis Şöbəsinin Rəisi Telman Ağasıyev, Yanğın Təhlükəsizliyi Xidməti İsmayıllı rayon bölməsininrəisi İlkin Cəfərov, YAP rayon təşkilatının sədri Sevil Əhmədova və dövlət qulluğu veteranı Valeh Salehov xidmət əməkdaşlarını təbrik ediblər.
Göstərilən diqqət yaxşı işləmək üçün dəyərli stimuldurTədbir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İsmayıllı Rayon Şöbəsində davam etdirilib. Rayonun ümumtəhsil məktəblərində hərbiyə çağırışaqədərki hazırlıq fənnini tədris edən 6 nəfər müəllimə vətənpərvərlik tərbiyəsi aşılamaq, hərbi kadırların yetişdirilməsi sahəsindəki xidmətlərinə görə Fəxri fərmanlar verilib və təşəkkür elan olunub. Azərbaycan Respublikasına xidmət etdiklərindən şərəf duyduqlarını bildirən müəllimlər göstərilən di[b]qqətin daha yaxşı işləmək üçün dəyərli stimul olduğunu bildiriblər.
[b]Ş.Soltanov[/b]

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!