İnşa yazı müsabiqəsi » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 15:34 – Qalacıq kənd tam orta məktəbində "Bilik günü" qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

İnşa yazı müsabiqəsi

İnşa yazı müsabiqəsiYanvarın 17-də rayonun Heydər Əliyev Mərkəzində 20 Yanvar müstəqilliyə gedən yol mövzusunda məktəblilər arasında ümumrayon inşa yazı müsabiqəsi keçirilmişdir. Ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə keçən tədbirdə öncə Vətənin və xalqın azadlığı yolunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
20 Yanvarı öz inşalarında xalqımızın milli qürur və qəhrəmanlıq günü kimi dönə-dönə vurğulayan şagirdlər xalqımızın mübariz əzmi ilə fəxr etdiklərini bildirmişlər. İnşalarda bir fikir də xüsusilə ifadə olunmuşdur ki, bu gün xalqımız onun milli mənliyini qorumaq üçün öz canlarından keçən övladları ilə fəxr edir. 20 Yanvarda hərbi, siyasi təcavüzə məruz qalsa da, Azərbaycan xalqı Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərərək mübarizə əzmini dünyaya nümayiş etdirdi. Şəhidlərimiz öz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq tarixinə parlaq səhifə yazdılar. Bu gün Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda canlarından keçməyə hazır olan övladları ilə fəxr edir.
Şagird inşaları münsiflər heyəti tərəfindən diqqətlə yoxlandı və qaliblər müəyyənləşdirildi. Şəhər 1 saylı tam orta məktəbinin XI sinif şagirdi Rəbiyyə Mirzəliyeva, şəhər 6 saylı tam orta məktəbinin XI sinif şagirdi İlahə Daşdıyeva, Qurbanəfəndi kənd tam orta məktəbinin XI sinif şagirdi Aytən Əmirova, şəhər 2 saylı tam orta məktəbinin X sinif şagirdi Səbinə Vəliyeva, Ağbulaq kənd ümumi orta məktəbinin IX sinif şagirdi Aliyə Baxışlı və digərlərinin inşaları daha yüksək qiymətləndirilərək müsabiqənin qalibləri kimi müəyyənləşdirilmişdir.
Bir gün sonra qaliblərin mükafatlandırılması mərasimi olmuşdur. Heydər Əliyev Mərkəzində baş tutmuş təltifetmə mərasimində RİH-nin işçisi V.Salehov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri H. Kərimov, Rayon Gənclər və İdman İdarəsinin rəisi E. Nəcəfov qalibləri təbrik edərək onlara qiymətli hədiyyələr və diplomlar təqdim etmişlər.
N. Qəniyev,
RTŞ-nin metodisti.
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter