• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Təhsil konfransı

Təhsil konfransı

Yazar Ismayilli
//
04 mart 2018
//
//
Oxunub 322
//
Təhsil konfransı                                          21 fevral 2018-ci il tarixində İsmayıllı Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Qalınçaq kənd tam orta məktəbində “Təhsildə dəyərlər ilindən keyfiyyət ilinə doğru” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Konfransda rayon təhsil müəssisələrinin fəal müəllimləri iştirak ediblər.
Məktəbin foyesində təşkil olunmuş, şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Sonra konfrans iştirakçıları məktəblə yaxından tanış olublar.
10-dan çox açıq dərs təşkil olunub. Müəllimlər açıq dərslərdə iştirak edib və keçilən dərsləri yüksək qiymətləndiriblər.
Məktəbin direktoru Xalid Seyidov qonaqları salamlayıb, konfransın hər kəs üçün əməli işində böyük əhəmiyyəti olduğunu qeyd edib.
Konfransın nəzəri hissəsini RTŞ-nin aparıcı məsləhətçisi Şəfaqət Rəsulov açıb, iştirakçıları salamlayıb.
Məktəbin tarixi ilə bağlı maraqlı videoçarx nümayiş etdirilib.
Təhsil konfransı                                          RTŞ-nin metodisti Xalid Allahverdiyev “Təlimdə keyfiyyət əsas şərtdir” mövzusunda məruzə ilə çıxış edib.
Məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı Qalib Hüseynovun “Təhsildə keyfiyyət və innovasiya”, təlim-tərbiyə işləri üzrə direktor müavini Ruslan Musayevin “Fəal təlim metodlarının dərsə tətbiqi” mövzularında çıxışları da maraqla qarşılanıb. Təhsil İşçiləri Azad Təhsil konfransı                                          Həmkarlar İttifaq İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov konfransın səmərəliliyini yüksək qiymətləndirib, fərqlənənləri Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırıb.
RTŞ metodik kabinetinin direktoru Şahin Gənciyev yekun sözü söyləyərək, konfransın bütün təhsil müəssisələrinin işinə əhəmiyyətli təsir göstərəcəyi inamını ifadə edib.
Xəzri Muradov,
Qalınçaq kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi



Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!