• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Fəal tədris mübadiləsi

Fəal tədris mübadiləsi

Yazar Ismayilli
//
03 mart 2018
//
//
Oxunub 187
//
Fəal tədris mübadiləsi                        İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin ingilis dili müəllimi Ruhiyyə Mahmudova eTwinning layihəsi üzrə ambassador seçilmişdir. Eyni zamanda, məktəbimizin 14 müəllimi bu layihə üzrə müxtəlif dünya ölkələrinin məktəbləri ilə fəal tədris mübadiləsi aparmaqdadır. İTE və eTwinning Plus layihələrinin ölkə məktəblərində genişləndirilməsi məqsədi ilə ambassadorlar tərəfindən məktəblərdə təlimlərin və seminarların keçirilməsi nəzərdə tutulub.
Bir neçə gün əvvəl məktəbimizdə Ruhiyyə müəllimin rəhbərliyi ilə belə bir seminar təşkil olundu. Seminarda Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, Əməkdar müəllim Şəfaqət Rəsulov, məktəb rəhbərliyi, rayonun Qubaxəlilli, Kürdmaşı, İvanovka, Diyallı, Topçu kənd tam orta məktəblərinin və Talış kənd ümumi orta məktəbinin rəhbərləri və müəllimləri iştirak edib.
Şahanə Muradova,
məktəbin şagirdi



Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!