• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Həmsöhbət oldular, bir-birinə kitab bağışladılar

Həmsöhbət oldular, bir-birinə kitab bağışladılar

Yazar Ismayilli
//
03 mart 2018
//
//
Oxunub 211
//
Həmsöhbət oldular, bir-birinə kitab bağışladılar                         14 fevral 2018-ci ildə İsmayıllı Bilik Evi və İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “Kitab Bağışlama Günü”nə həsr edilmiş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru Könül Baxışova açıb qonaqları salamlayıb, əlamətdar gün münasibəti ilə iştirakçıları təbrik edib. K.Baxışova kitabın insan həyatında müstəsna rolunu qeyd edərək bildirib ki, tədbirin keçirilmə məqsədi gənc nəslə mədəni xidmət göstərmək və kiçik yaşlı oxuculara kitab bağışlamaqla onlarda kitaba və mütaliəyə olan məhəbbəti artırmaqdır.
Kitab bağışlama günü münasibəti ilə İsmayıllı Bilik Evinin direktoru Sevinc Novruzova oxuculara mütaliənin faydasından söz açıb. İsmayıllı rayonunun yazıçı və şairlərinin, məktəblilər və gənclərin iştirak etdiyi tədbir fəal oxucuların təqdimatında şeirlər səsləndirilməsi ilə davam edib.
Sonda iştirakçılara İsmayıllı Bilik Evi tərəfindən kitablar hədiyyə edilib, xatirə şəkilləri çəkilib.
E.Qasımova


Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!