• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Silsilə tədbirlər keçiriləcək

Silsilə tədbirlər keçiriləcək

Yazar Ismayilli
//
03 mart 2018
//
//
Oxunub 128
//
Silsilə tədbirlər keçiriləcəkAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Bu sərəncama uyğun olaraq Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, İsmayıllı Rayon İcra Hakimiyyəti və Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birgə Uşaq kitabxanasında 20 fevral 2018-ci il tarixdə “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul işçisi Gülnarə Mirzəliyeva açıb, sonra mövzu ilə ətrafında məruzə edib. MKS-nin direktoru Könül Baxışova Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalamasının dövlətçilik tariximizə böyük hörmət olduğunu bildirib. Vurğulayıb ki, həmin dövrdə Azərbaycan milli hökumətinə müxalif olan, Azərbaycan Parlamentində təmsil olunan bütün siyasi qüvvələrin nümayəndələri belə, bu dövlətin ədalətliliyini dəfələrlə etiraf ediblər.
Silsilə tədbirlər keçiriləcəkSonra məruzə ətrafında çıxışlar dinlənilib. Qeyd edilib ki, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövlət səviyyəsində qeyd olunur. Bilik Fondunun İsmayıllı rayon üzrə nüməyəndəsi Sevinc Novruzova “Azərbaycan Xalq Cümhuriyyəti ili” çərçivəsində bu cür tədbirlərin silsilə şəkilində keçiriləcəyini bildirib.
Tədbir verilən sualları cavablandırmaqla yekunlaşıb.
Elnarə Qasımova


Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!