• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Faciə qurbanları yad edilib

Faciə qurbanları yad edilib

Yazar Ismayilli
//
03 mart 2018
//
//
Oxunub 76
//
Faciə qurbanları yad edilib                           26 fevral 2018-ci il tarixində T.Xanadanov adına Qalacıq kənd tam orta məktəbində əsrin faciəsi -Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib. Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbirdən əvvəlcə məktəbin foyesində şagirdlərin rəsm işlərindən ibarət sərgiyə baxış keçirilib. Xocalı faciəsində və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru Rusan Qasımov Xocalı şəhərinin darmadağın edilməsi, əhalisinə edilən işgəncələr barəsində faktların dili ilə danışıb.
Direktor bildirib ki, Xocalı soyqırımına ilk dəfə siyasi qiymət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən verilib və fevralın 26-sı – Xocalı soyqırımı və milli matəm günü kimi qəbul olunub.
Daha sonra çıxış edənlər Prezident İlham Əliyevin sülh yolu ilə işğal altında olan torpaqlarımızın qaytarılmasından, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyətdən söz açıblar.
Sonda şagirdlərin ifasında Xocalı soyqırımına həsr olunmuş bədii-ədəbi kompozisiya nümayiş etdirilib, azğın ermənilərin azərbaycanlılara qarşı törətdikləri terror hadisələrinə həsr olunmuş təqdimat və videoçarx nümayiş olunub.
Maral Məmmədova,
məktəbin müəllimi



Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!