• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Şəhidlər böyük ehtiramla yad edilib

Şəhidlər böyük ehtiramla yad edilib

Yazar Ismayilli
//
09 fevral 2018
//
//
Oxunub 194
//
Şəhidlər böyük ehtiramla yad edilib                  Yanvar ayının 20-də səhər saat 8-dən başlayaraq şəhərin Mərkəzi Meydanında quraşdırılmış monitorda hüznlü musiqilər səsləndirilir, 20 Yanavar faciəsini, əks etdirən filmlər nümayiş etdirilirdi.
İsmayıllı şəhərindəki Şəhidlər xiyabanına, torpaqlarımızın bütövlüyü, qorunması və azad edilməsi uğrunda canlarını fəda etmiş şəhidlərimi ziyarətə minlərlə insan gəlmişdi.
Şəhidlər böyük ehtiramla yad edilib                  Saat 10-da başlanan ziyarətin ön cərgələrində rayon əlaqədar idarə, müəssisə və təşkilat rəhbərləri, Qarabağ müharibəsi əlilləri, veteranları, tələbələr, şagirdlər və şəhid vermiş ailələrin nümayəndələri gedirdi.
Şəhidlər xiyabanında dəfn olunan şəhidlərin ailə üzvləri, valideyinləri, qohumları da burada idilər, ziyarətçilərdən başsağlığı qəbul edirdilər.
Şəhidlər böyük ehtiramla yad edilib                  İki saatdan çox davam edən mərasimdən sonra ziyarətçilərin bir hissəsi şəhər Mədəniyyət Mərkəzinə gəlib. Əvvəlcə, saat 12-də səsləndirilən həyacan siqnalı dinlənilib, bir dəqiqəlik sükutla şəhidlərin ruhu yad edilib Sonra 20 Yanvar faciəsinin dəhşətlərini və vətən övladlarının dəyanətini, vətənpərvərliyini, cəsurluğunu, igidliyini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Gülər Baxışova


Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!