• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Məktəbin tikintisinə start verilib

Məktəbin tikintisinə start verilib

Yazar Ismayilli
//
09 fevral 2018
//
//
Oxunub 277
//
Məktəbin tikintisinə start verilibAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 oktyabr 2017-ci il tarixli Sərəncamına uyğun olaraq, 22 yanvar 2018-ci il tarixdə Lahıc qəsəbəsində 400 şagird yerlik yeni məktəb binasının təməlqoyma mərasimi keçirilib.
Mərasimi giriş sözü ilə Lahıc qəsəbə tam orta məktəbinin direktoru, Əməkdar müəllim Hikmət Haqverdili açıb.
Mərasimdə iştirak edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Mirdaməd Sadıqov çıxış edərək, ölkə rəhbərinin İsmayıllıya, xüsusilə də Lahıc qəsəbəsinə göstərdiyi diqqətdən söz açıb. Lahıc məktəbinin ənənəvi təhsil uğurlarından danışan M.Sadıqov yeni məktəbdə daha yüksək uğurlar qazanılacağına ümidvar olduğunu bildirib. O, verdiyi xeyir-duadan sonra məktəbin müəllim və şagird kollektivini, eləcə də qəsəbə sakinlərini bu uğurlu, xoş başlanğıc münasibəti ilə təbrik edib, inşaatçılara uğurlar arzulayıb.
Məktəbin tikintisinə start verilibTədbirdə İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, tikinti işlərini aparan şirkətin nümayəndəsi və başqaları çixis ediblər. Mərasimə toplaşanların alqış sədaları altında ilk beton məktəbin özülünə tökülüb.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!