• Ana səhifə |
Subscribe by RSS or RUS
» » General İsmayıllıda vətəndaşları qəbul edib

General İsmayıllıda vətəndaşları qəbul edib

Yazar Ismayilli
//
09 fevral 2018
//
//
Oxunub 97
//
General İsmayıllıda vətəndaşları qəbul edib                   Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin yanvarında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov yanvarın 18-də İsmayıllıda dörd rayon - İsmayıllı, Şamaxı, Ağsu və Qobustandan olan vətəndaşları qəbul edib.
General-leytenant Arzu Rəhimov və rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qəbuldan öncə İsmayıllının mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaş müraciətləri əsasən mülki və hərbi xidmətə qəbul, ümumi hərbi xidmətə göndərilməyə və təkrar tibbi müayinəyə cəlb olunmağa kömək göstərilməsi, gələcək xidmət yerinin müəyyənləşdirilməsi və digər məsələlərlə bağlı olub.
Müraciətlərin bir çoxu yerində həllini tapıb. Araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülüb. Bir sıra müraciətlərlə əlaqədar qanunvericiliyin müvafiq tələbləri vətəndaşlara hərtərəfli izah edilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə aidiyyəti qurumlara çatdırılması və baxılması üçün qeydiyyatı aparılıb.
Nəsimi Teymurov





Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!