• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Məşğələnin mövzusu 20 Yanvar olub

Məşğələnin mövzusu 20 Yanvar olub

Yazar Ismayilli
//
09 fevral 2018
//
//
Oxunub 115
//
Məşğələnin mövzusu 20 Yanvar olub                      19 yanvar 2018-ci il tarixdə 20 Yanvar mövzusuna həsr olunmuş tədbirlərdən biri Heydər Əliyev mərkəzində keçirilib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin Yeni Azərbaycan Partiyası rayon təşkilatı ilə hazırladığı tədbir – “Heydər Əliyev İdarəetmə Məktəbi”nin növbəti məşğələsi iştirakçılara 20 Yanvar faciəsinin ağrılarını yenidən yaşadıb. Vətənpərvərlik ruhunda bir daha onları səfərbər edib.
Tədbiri giriş nitqi ilə RİH başçısının müavini, YAP rayon təşkilatının sədri Sevil Əhmədova açıb. Faciənin səbəb və nəticələrindən danışaraq qeyd edib ki, bütün taleyüklü məsələlərdə ümummilli liderimiz Heydər Əliyevin sözü, fikri, mövqeyi, qətiyyəti həmişə həlledici əhəmiyyət daşıyıb. 20 Yanvar faciəsinə siyasi və hüquqi qiyməti də məhz Ulu öndərimiz verib. Ona görə də 20 Yanvar faciəsinin 28-ci ildönümünü “Heydər Əliyev İdarəetmə Məşğələnin mövzusu 20 Yanvar olub                      Məktəbi”nin məşğələsində qeyd edirik.
Açılış nitqindən sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
İştirakçılar 20 Yanvar faciəsindən bəhs edən filmə baxıblar.
Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov “20 Yanvara gələn fitnə yolu və onun nəticələri”, şəhər 7 nömrəli tam orta məktəbinin müəllimi Vüsalə Əliyeva “20 Yanvar faciəsinə siyasi və hüquqi qiyməti ümummilli liderimiz Heydər Əliyev verib” və Gəndov kənd ümumi orta məktəbinin müəllimi Ceyhun Əsgərov “Dövlət müstəqilliyi və milli azadlıq uğrunda ümumxalq mübarizəsi 20 Yanvar faciəsindən keçib” mövzularında çıxış ediblər. Şəhər 5 nömrəli tam orta məktəbinin şagirdləri tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya iştirakçıların duyğu və hisslərini 28 il bundan əvvələ aparıb, şəhidlərin ruhuna dərin ehtiram nümayiş etdirib.
Məşğələnin mövzusu 20 Yanvar olub                      Tarixi gün ərəfəsində rayonun bütün ərazi inzibati dairələri, Rayon Təhsil Şöbəsi, rayon Gənclər və İdman İdarəsi, mədəniyyət və turizm təşkilatları, ümumtəhsil məktəbləri, mərkəzi xəstəxana sisteminə daxil olan təşkilatlar, Dövlət Humanitar və Texnologiya Kolleci, İsmayıllı Peşə Tədris Mərkəzi müxtəlif məzmunlu tədbir, müsabiqə, xatirə turnirləri ilə 20 Yanvar faciəsinin 28-ci ildönümünü qeyd ediblər.
Tədbirlərin keçirilməsində əsas məqsəd şəhidlərin əziz xatirəsini yad etməklə yanaşı, gənclərin vətənpərvərlik tərbiyəsini gücləndirmək olub.
V.Salehov,
Dövlət qulluğu veteranı







Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!