• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Mavi yanacaq verilməsi önəmli xahiş olub

Mavi yanacaq verilməsi önəmli xahiş olub

Yazar Ismayilli
//
09 fevral 2018
//
//
Oxunub 144
//
Mavi yanacaq verilməsi önəmli xahiş olub                           Yanvar yeni təqvim ilinin ilk ayı olmaqla həm də əksər idarə və müəssisələr, təşkilatlar üçün hesabat ayıdır. Çünki bu ayda yola saldığımız il ərzində görülən işlər diqqətə çatdırılmaqla, qarşıda duran vəzifələr müəyyənləşdirilir. İsmayıllı rayonunun əksər nümayəndəliklərində 2017-ci ilin uğurla yola salınması qeyd olunub.
Ruşan inzibati ərazi dairəsi (İƏD) üzrə İsmayıllı RİH başçısının nümayəndəsi Elşad Səfixanovun hesabat məruzəsində İƏD-də - Ruşan və Vəng kəndlərində 276 evin, 336 təsərrüfatın, 1500 nəfər əhalinin olduğu bildirilib. Əhalinin əkinçilik və maldarlıqla məşğulluğu vurğulanıb.
Hesabat ili ərzində görülən işlər sadalandıqdan sonra həlli daha vacib olan məsələlərdən söz açılıb.
Sakinlərin fikrincə ərazidə əsas çatışmazlıq təbii qazın olmamasıdır.
Məruzə ətrafında çıxışlarda sakinlər ölkədəki sosial-iqtisadi inkişafdan, yürüdülən daxili və xarici siyasətdən razılıq edərək sosial infrastrukturun yaxşılaşdırılması üçün kənd küçələrinin işıqlandırılması, elektrik dirəklərinin və ötürücü naqillərin yeniləri ilə əvəz olunmasına ehtiyac olduğunu bildirsələr də, kəndə mavi yanacaq verilməsi xahişinə xüsusi önəm veriblər.
Qarşıda duran vəzifələr barədə açıqlamalardan sonra nümayəndəliyin il ərzində gördüyü işə kafi qiymət verilib.
Hesabayt yığıncağında İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanov iştirak edib.
Məhəbbət Vəliyev,
Ruşan kənd sakini



Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!