• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Görülən işlərə kafi qiymət verilib

Görülən işlərə kafi qiymət verilib

Yazar Ismayilli
//
09 fevral 2018
//
//
Oxunub 129
//
Görülən işlərə kafi qiymət verilib Yanvarın 12-də rayonun İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində hesabat yığıncağı keçirilib.
Əvvəlcə Təzəkənd kənd İƏD-i üzrə nümayəndə Feyruz Kərimov ötən ilin yekunları və cari ildə qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış etdi. Bildirdi ki, İƏD-in ərazisində yerləşən Təzəkənd, Yeniyol, Qaraqaya, Gəndov və II Yeniyol kəndlərində qeydiyyatda olan əhalinin sayı 3065 nəfərdir. Ailə təsərrüfatlarının sayı 967, evlərin sayı 630-dur.
2017-ci ildə əhali əsas məşğuliyyətləri olan əkinçilik və heyvandarlıqla məşğul olub. Bununla yanaşı ərazidə 503 hektar sahədə taxıl əkilib. Bundan əlavə, 20,3 hektar sahədə fındıq bağı salınıb. Bu sahədə iş davam etdirilir.
Pay torpaqlarında kartof, digər bostan bitkiləri əkilib. Əldə olunan nəticələr ötənilkindən xeyli artıqdır.
Hesabat məruzəsində iş planına uyğun olaraq il ərzində icrası nəzərdə tutulan işlərin uğurla başa çatdırılması qeyd olunub.
Ölkəmizdə aparılan abadlıq-quruculuq işləri İsmayıllı rayonunda, eləcə də İƏD-in əhatə etdiyi kəndlərdə öz əksini tapır.
Kənd yollarına bələdiyyə hesabına çınqıl verilib. Sakinlər digər problemlərin də aradan qaldırılmasını arzu edirlər.
Məruzə ətrafında Təzəkənd bələdiyəsinin sədri Azər Bağırov, Təzəkənd kənd orta məktəbinin direktoru Elxan Bədəlov, Qaraqaya kənd ümumi orta məktəbinin direktoru Asif Soltanov, Yeniyol kənd tam orta məktəbinin direktoru Elşad Vahabov və başqaları çıxış edərək görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açıblar.
Görülən işlərə kafi qiymət verilib Çıxış edən kənd sakinləri ötən hesabatda səsləndirilən bir neçə problemin hələ də həllini tapmadığından gileyləniblər. Tənqidi çıxışlara baxmayaraq İƏD-in hesabat ilində gördüyü işlərə kafi qiymət verilib. Nümayəndəliyin illik hesabat yığıncağında rayon İcra Hakimiyyətinin başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarərtmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov iştirak edib.
R.Səmədov yekunda Respublika Prezidenti cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğıdan, rayonda sosial infrastruktur, tikinti-quruculuq işlərinin uğurla davam etdirilməsindən danışıb. Hesabat məruzəsinə iradlarını bildirməklə, cari ildə daha yaxşı işləmək üçün bir sıra vacib məsləhətlərini verib.
Ş.Soltanov


Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!