• Ana səhifə |
Subscribe by RSS or RUS
» » 20 Yanvarı cinayət adlandıran Ulu öndər oldu

20 Yanvarı cinayət adlandıran Ulu öndər oldu

Yazar Ismayilli
//
09 fevral 2018
//
//
Oxunub 98
//
20 Yanvarı cinayət adlandıran Ulu öndər olduİsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Regional Mədəniyyət və Turizm İdarəsinin və Regional Bilik Evinin iştirakı ilə rayon Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 28 illiyi ilə əlaqədar tədbir keçirilib.
İştirakçılar əvvəlcə faciəni və 20 Yanvar hadisələrinin baş verdiyi zamanı əks etdirən çap materiallarına, fotoşəkillərə, kitablara, rəsm əsərlərinə baxış keçiriblər.
Tədbiri giriş nitqi ilə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Sevil Əhmədova açıb. 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Faciədən bəhs edən slaydlar nümayiş olunub.
20 Yanvar faciəsinə gələn yol və onun ağır nəticələri barədə dövlət qulluğu veterenı Valeh Salehov məruzə edib.
Regional Mədəniyyət və Turizm İdarəsi müdirinin müavini Azər Abbasov, Regional Bilik Evinin direktoru Sevinc Novruzova, Mərkəzi Kitabxana Sisteminin direktoru Könül Baxışlı və başqaları çıxış ediblər.
Məruzə və çıxışlarda 20 Yanvar faciəsinə hüquqi və siyasi qiyməti yalnız ümummilli liderimiz Heydər Əliyev tərəfindən verildiyi dəfələrlə vurğulanıb.
Qeyd olunub ki, 1990-cı ilin yanvarın 21-də həyatını təhlükə altına ataraq Moskvadakı Azərbaycan Nümayəndəliyinə gəlməklə ilk etiraz səsini dünya miqyasına çıxaran Ulu öndər oldu. Həmin tarixi bəyanatında o, qorxmadan, çəkinmədən cinayətkarların adını çəkdi və təqsirkarları kəskin surətdə tənqid etdi.
Çıxışlarda şəhidlərin ölməzliyi ifadə olunub. Qəsbkarlardan, yağı düşməndən tezliklə qisas alınacağı bildirilib.
Azər Bədəlov


Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!