• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Şagirdlərimizin uğuru müəllimlərimizin sevincidir

Şagirdlərimizin uğuru müəllimlərimizin sevincidir

Yazar Ismayilli
//
09 fevral 2018
//
//
Oxunub 120
//
Şagirdlərimizin uğuru  müəllimlərimizin  sevincidirBəşər tarixin bütün mərhələlərində inkişafa elm və təhsil vasitəsi ilə nail olunmuşdur. İqtisadi qüdrəti, yüksək, mədəni intellektual səviyyəni, sivil cəmiyyəti formalaaşdıran, inkifaf etdirən də elm və təhsildir.
Bu gün təhsilimizin qarşısında cəmiyyətin taleyi, gənclərin gələcəyi, bütünlükdə inkişaf, tərəqqi kimi yüksək vəzifə durur.
Təhsilin başlıca vəzifəsi həm də şəxsiyyət formalaşdırmaqdır. İnsanın bir vətəndaş kimi yetişməsinin bünövrəsi məktəbdə qoyulur. Xalqımızın tarixi ənənələrini yaşatmaq, millətimizin inkişaf və tərəqqi yoluna çıxmasını, dünya xalqları içərinsində özünəməxsus yer tutmasını istəyiriksə, təhsilimizin uğurlarını qorumalı, daha da inkişaf etdirməliyik.
Şagirdlərimizin uğuru  müəllimlərimizin  sevincidir2017-2018 dərs ili ”Təhsildə keyfiyyət ili“ kimi elan olunub. Məktəbimizdə bununla bağlı qarşıda duran vəzifələr müzakirə edilib. Müzakirədə təlim-tərbiyyəni düzgün qurmaq, keyfiyyətli təhsil verməklə şagirdin göstəricisinin yüksəltmək əsas meyar kimi qəbul olunub.
Təhsilin dövlət və cəmiyyət qarşısında qoyduğu mühüm vəzifələrdən biri ayrı-ayrı sahələr üzrə istedadlı, bacarıqlı və xüsusi qabiliyyətə malik şagirdlərin yetişdirilməsi, onlara lazımi istiqamətin verilməsidir. İstedadlı şagird intellektual potensialı ilə xalqın milli sərvətidir. Hər bir xalqın gələcəyi onun bilikli, istedadlı vətəndaşlarının çiyinləri üstündə qurulur. İstedadlılar isə məktəbdən başlayaraq formalaşır. Məhz buna görədə fənn müəllimləri, sinif rəhbərləri şagirdlərin bacarıqlarınına görə qruplaşdırırmalıdır.
Ötən tədris ilində məktəbimizin şagirdləri təlim-tərbiyənin düzdün qurulmasının nəticəsi olaraq müxtəlif yarışlarda qələbələr qazanmaqla ölkəmizin bir sıra ali məktəblərinə daxil olublar. Şagirdimiz - Talıbzadə Vaqif ötən dərs ilində orta məktəbi qızıl medalla bitirib. X sinif şagirdlərimiz Beybud Məmmədov və Səmər Cəbrayılova Beynəlxalq distant olimpiyadiyasında ingilis dili üzrə “İnfiurok “ lahiyəsində II yeri tutublar. Şagirdlərimizin uğuru müəllimlərimizin sevincidir.
Şagirdlərimizin uğuru  müəllimlərimizin  sevincidir
Şagirdlərimizin uğuru  müəllimlərimizin  sevincidirMəktəbimizin IX sinfini bitirən İlahə Şirinova, Mələkxanım Abbasova və VIII sinif şaşirdimiz Səbinə Abbasova Milli Qurtuluş Günü münasibəti ilə keçirilən I Respublika rəng festivalında “Öz dünyanı boya” lahiyəsində serfikat qazanmışlar. Artıq yetirmələrimiz İlahə Şirinova və Mələkxanım Abbasova Azərbaycan Memarlıq Kollecində təhsil alır.
Yeni tədris ili məktəbimizə yeni uğurlar gətirib. III sinif şagirdi Hüsniyyə Sadıqzadə 12 ölkənin iştirakçı ilə keçırilən Belnəlxalq karate yarışında I yerə çıxib.
Bu günlərdə daha bir şad xəbər aldıq. Məktəbimizin XI sinif şagirdi Babək Manafov Azərbaycan Respublikası Təhsil və Fövqəladə Hallar Nazirlikləri tətəfindən keçırilən “Fövqəlada hallar uşaqların gözü ilə” respublika müsabiqəsində II yeri tutaraq Fəxri fərmanla və qiymətli hədiyyələrlə təltif olunub.
Bu uğurun arxasında müəllimlərin gərgin zəhməti durur. Buna görə də şagirdlərimiz müxtəlif yarışlarda qalib gəlirlər.
Məktəbimizin şagirdləri rayon tədbirlərində və müsabiqələrdə bir qayda olaraq həmişə fəallıq nümayiş etdirirlər. Bu günlərdə XI sinif şagirdi Səidə Həsənova Qəbələ şəhərində kecirilən şeir müsabiqəsində II yeri tutaraq mükafatlandırılıb. Behbud Məmmədov isə ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə kecirilən inşa müsabiqəsində I yeri tutduğu üçün Diplomla təltif edilib.
Qabiliyyət, bilik və bacarıq vərdişlərinin qarşılıqlı əlaqəsidir. Onların dəstəklənməsi, inkişaf etdirilməsi cəmiyyətin yaradıcı potensialının aktivləşməsidir. Unutmayaq ki, hər bir şagird gələcəyin qurucusu və bizim gələcəyimizdir. Gənc nəsil nə qədər sağlam, savadlı olsa, gələcəyimiz də bir o qədər sağlam və təmiz, ətrafımız intellektual bilikli, aydın düşüncəli insanlardan ibarət olar. Bunun uçun hər birimiz məsuliyyət daşıyırıq.
Təhminə Atayeva,
İsmayıllı şəhər A.Aslanov adına 2 saylı tam orta məktəbinin ibtidai sinif müəllimi



Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!