• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Təcrübəli rabitə işçisi

Təcrübəli rabitə işçisi

Yazar Ismayilli
//
09 fevral 2018
//
//
Oxunub 210
//
Təcrübəli rabitə işçisi                        Haqqında sös açdığım şəxs İsmayıllı Rayon Poçtamtının Qalacıq kənd poçt şöbəsinin rəisi Musayev Nəbi Rəmzi oğludur.
Onunla tanışlığımız 40 ili ötür. N.Musayev 1954-cü ildə gözəl təbiəti olan İstisu kəndində dünyaya göz açıb. Orta məktəbi yaxşı qiymətlərlə bitirdikdən sonra ali təhsil almaq üçün sənədlərini Politexnik İnstitutuna verib. İnstitutu bitirib doğma kəndə qayıdan N.Musayev Qalacıq kəndi mərkəz olduğu kolxozda müxtəlif vəzifələrdə çalışıb. Həmin dövrdə onunla bərabər çalışanlar indi də onun bacarıqlı, çalışqan, qayğıkeş olmasından ağız dolusu danışırlar.
N.Musayev 2003-cü ildən Qalacıq kənd poçt şöbəsinin rəisi vəzifəsində çalışır. Bəzən eyni müəssisədə, eyni vəzifədə uzun zaman işləmək adamı yorur və ya passivləşdirir. Nəbi Musayevə isə bu keyfiyyətlər yaddır. İşinə vicdanla yanaşır. Elə bil bu vəzifəyə 15 il əvvəl deyil, bir neçə gün əvvəl təyin olunub.
N.Musayevi başqalarından fərqləndirən onun zəhmətsevərliyi, obyektivliyi, mehribanlığı və qayğıkeşliyi, camaatın xeyir-şər işində yaxından iştirakıdır. Bilirik ki, bu keyfiyyətlər onda uşaqlıqdan formalaşıb.
Nəbi müəllim həmişə özünə qarşı tələbkar, poçt xidmətindən istifadə edənlər üçün isə diqqətlidir. Belə peşə sahibinin ən dəyərli mükafatı poçta gələnlərin sağ ol deyərək, razı getməsidir.
Reşə ustalığı və işgüzarlığı ilə seçilən N.Musayev dəfələrlə çalışdığı müəssisənin rəhbərliyi tərəfindən Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
N.Musayevin rəis kimi, məsuliyyətlə çalışdığı poçt şöbəsinin xidmətindən istifadə edənlər ona yeni uğurlar arzulayırlar.
Novruz Əlimuradov,
mədəniyyət və turizm işçisi



Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!