• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Yara hələ qan verir

Yara hələ qan verir

Yazar Ismayilli
//
09 fevral 2018
//
//
Oxunub 91
//
Yara hələ qan verir                             19 yanvar 2018-ci il tarixdə şəhid T.Xanadanov adına İsmayıllı rayon Qalacıq kənd tam orta məktəbində 20 Yanvar Ümumxalq Hüzn Gününün 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan məktəb direktoru Rusan Qasımov 20 Yanvar hadisələri barədə məlumat verib. Bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi, əbədi həkk olunmuş bir tarixdir. O, 20 Yanvar faciəsinin müasir Azərbaycan tarixində xalqın birləşməsində, milli şüurun oyanmasında oynadığı roldan söz açıb, həmçinin Ulu öndər 1993-cü ildə yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə düzgün siyasi qiymət verildiyini diqqətə çatdırıb.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Bədir Bədirov mövzu ilə bağlı məruzə edib. O qeyd edib ki, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın müstəqilliyi yolunda atılan cəsarətli addım, milli məfkurəmizin, azadlıq istəyinin təzahürüdür.
Tədbirdə 20 Yanvar faciəsinin tarixi əhəmiyyəti xüsusi vurğulanıb. İştirakçılara Ulu öndərin və Azərbaycan Prezidenti İlham Əliyevin hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları haqqında ətraflı məlumat verilib.
Məktəbin şagirdləri hazırladıqları tarix boyu xalqımızın başına açılan müsibətlərdən, 20 Yanvar hadisələrində və digər yaşanan acılardan bəhs edən ədəbi-bədii kompozisiyanı tədbir iştirakçılarına təqdim ediblər. Sonda kəndin şəhidləri uyuyan qəbirlər ziyarət olunub, onların məzarları üzərinə gül-çiçək dəstələri qoyulub.
Elnarə Qasımova


Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!