Sahibkarlıq inkişaf edir, özəl fəaliyyətə dövlət dəstəyi artır » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 15:34 – Qalacıq kənd tam orta məktəbində "Bilik günü" qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Sahibkarlıq inkişaf edir, özəl fəaliyyətə dövlət dəstəyi artır

Sahibkarlıq inkişaf edir, özəl fəaliyyətə dövlət dəstəyi artır               İsmayıllıda “Azərbaycan Respublikası regionlarınln 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar müşavirə keçirilib.
İsmayıllı Rayon İcra Hakimiyyəti Dövlət Proqramı icraya yönəldilən andan tədbirlər planı tutmuş, dövlət vəsaiti qoyuluşundan kənar görüləcək işlər üçün maliyyə imkanlarını müəyyənləşdirilmiş və ilkin layihələri hazırlamışdır. İlk olaraq sosial infrastruktur layihələrinin, tikinti-quruculuq-abadlıq işlərinin icrasına başlanmışdır. Nəticələrdən isə danışmağa çox şey var. Şəhər ərazisindəki 90 irili-xırdalı küçənin 61-i abadlaşdırılıb, səkilər tikilib, işıqlandırma sistemi quraşdırılıb. Heydər Əliyev prospekti, Mübariz Orucov, Nizami Gəncəvi, Mirzə Fətəli Axundov, Ərəstun Mahmudov, Cavanşir, Rəşid Mahmudov, Cavad Məmmədov, Üzeyir Hacıbəyov küçələrində daha nümunəvi abadlıq işləri aparılıb. M.F.Axundov küçəsində 3 doqquzmərtəbəli, Nizami Gəncəvi küçəsində 2 beşmərtəbəli yaşayış binası tikilib, 26 hündür mərtəbəli, çoxmənzilli yaşayış binası əsaslı və cari təmir olunub. Q.Aslanov küçəsində 140 yerlik uşaq bağçası tikilib. Təbriz küçəsindəki fəaliyyətdən qalmış 40 yerlik uşaq bağçası əsaslı təmir edilib, yenidən qurulub və yerllərin sayı 100-ə çatdırılıb.
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının binası əsaslı təmir edilib, tam yeniləşib, ən müasir tibb avadanlıqları, diaqnostik və müalicə vasitələri ilə təmin edilib, dializ şöbəsi yaradılıb. İvanovka kəndi və Lahıc qəsəbəsində 15 çarpayılıq xəstəxana, Tircan və Topçu kəndlərində həkim məntəqələri istifadəyə verilib. Tikinti və təchizat eyni dərəcədə müasir və zəngindir.
Sahibkarlıq inkişaf edir, özəl fəaliyyətə dövlət dəstəyi artır
Sahibkarlıq inkişaf edir, özəl fəaliyyətə dövlət dəstəyi artır               İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin binası yeni üslubda təmir olunub, müasir auditoriya və fənn kabinetləri yaradılıb.
Qalınçaq kəndində 360, Külüllü kəndində 80 yerlik, Yenikənd kəndində modul məktəb tikilib. Şəhər 3 saylı məktəb-lisey əsaslı qaydada tam təmir olunub, yeni isitmə sistemi quraşdırılıb. Tamamilə sıradan çıxmaqda olan şəhər Mədəniyyət Mərkəzi yeni üslub və dizaynda sanki yenidən tikilib. Lahıc “İcma evi” və “Xalq sənətkarlığı evi” Dövlət Proqramı istiqamətində aparılan müsbət işlər sırasındadır. Sumağallı kəndində istifadəyə verilmiş 40 yerlik uşaq bağçası da Dövlət Proqramına uyğun icra olunan layihələrdəndir. Proqramın icrası müddətində Olimpiya-İdman Kompleksi yenidən tikilib-qurulandan sonra Respublikanın əksər İdman Federasiyaları tərəfindən təlim-məşq toplantıları, yarışlar və çempionatlar məkanına çevrilib.
Basqal qəsəbəsinə, Diyallı, Tircan, İstisu, Sumağallı, Xanagah, Qurbanəfəndi, Çayqovuşan kəndlərinə qaz çəkilib.
Bütün növ kommunikasiyaları olmaqla İsmayıllı-İvanovka-Hacıhətəmli və İsmayıllı-Qaraməryəm Ruşan-Qalınçaq magistral yolları tikilib. 15 kənddə “Kəndinvestisiya” layihəsi əsasına kəndarası yollar çəkilib. Bir o qədər yerdə su təchizatını yaxşılaşdırmaq üçün artezian quyuları qazılıb. Xanagah kəndi ərazisində istifadəyə verilmiş Dam örtükləri və Tikinti materialları zavodu inşaat işlərində, xüsusilə mənzil tikintisində qiymət fərqi yaradıb, vaxt itkisinin qarşısını alıb. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar keçirilən konfransda Prezident İlham Əliyev investisiya cəlbi sahəsində ilk onluğa daxil olan rayonların adını çəkib. Yaxşı haldır ki, İsmayıllı da bu onluqdadır.
İnvestisiya qoyuluşu ilə indi şəhərdə beşmərtəbəli 3 ulduzlu otel, “Bədo” sanatoriya-bərpa mərkəzi, Keyvəndi kəndində perspektivdə 1500 başlıq olacaq istehsal və emal təyinatlı heyvandarlıq kompleksi, Kürdmaşı kəndində 1000 hektar ərazini əhatə edəcək Aqropark, 3000 tonluq soyuducu, meyvə-tərəvəz məhsullarının çeşidlənməsi və qablaşdırılması müəsisəsi tikilir. İşlər başa çatmaq üzrədir, obyektlər istifadəyə verilmək ərəfəsindədir.
“İsmayıllı-SES-1” və “İsmayıllı-SES-2” elektrik stansiyaları da Dövlət Proqramında nəzərdə tutulmuş və istifadəyə verilmiş obyektlərdəndir.
2017-ci ildən başlayaraq rayon büdcəsi özünümaliyyələşdirmə əsasında formalaşır. Digər müəssisələrlə yanaşı layihə gücünə çatmaqda olan Velosiped zavodu bu məsələnin həllində daha əhəmiyyətli rol oynayır.
Kənd təsərrüfatı sahəsində nailiyyətlər artmaqda davam edir. Taxıl istehsalı son üç ildə hər il 100 min tondan artıq olub. Tütünçülük və baramaçılıq bərpa edilib. 2017-ci ildə 443 hektar sahədə fındıq bağı salınıb. Baramaçılığın inkişafı üçün hektarlarla tut tingliyi salınıb.
Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransın qarşıya qoyduğu vəzifələrlə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyəti sahibkarların, iş adamlarının, maliyyə və iqtisadi qurum nümayəndələrinin, aqrar sahə mütəxəssislərinin, İƏD-lər üzrə icra nümayəndələrinin, bələdiyyə sədrlərinin iştirakı ilə işgüzar müşavirə keçirib.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov məruzəsində rayonda dörd il müddətində görülən işlərdən ətraflı danışıb, qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə regional sosial-iqtisadi inkişaf proqramları uğurla icra olunur. Üçüncü Dövlət Proqramının 4-cü ilində Azərbaycan inkişaf tempinə görə birinci yerə çıxmışdır. Sahibkarlığın inkişafı, özəl fəaliyyətə davamlı dövlət dəstəyi, ölkə başçısının dərin elmi təhlillərə əsaslanan idarəetmə təfəkkürünün məhsulu olan islahatlar Dövlət Proqramının icrasında vahid hərəkətverici qüvvə olmuşdur. Regionların inkişafı da bilavasitə Prezidentin hərtərəfli dəstəyi, maliyyə imkanları və investisiya cəlbinə şərait yaranması ilə bağlıdır. İnvestisiya cəlbinə görə İsmayıllının ilk onluğa daxil edilməsi və cənab Prezident İlham Əliyev tərəfindən bunun qiymətləndirilməsi bizi daha səmərəli işləməyə, sahibkarlığı daha geniş inkişaf etdirməyə, Dövlət Proqramında nəzərdə tutulan bütün layihələrin mütləq icrasına səfərbər edir.
Məruzəçi daha sonra 2018-ci ildə sosial-iqtisadi, kənd təsərrüfatı, tikinti, quruculuq və abadlıq, sənaye, enerji, su və qaz təchizatı sahələrində qarşıda duran təxirəsalınmaz məsələləri şərh etmiş, rayona investisiya cəlbi yolları, ünvanları və mənbələri barədə fikirlərini söyləmişdir.
Müzakirə olunan məsələ ilə əlaqədar “Rark-Aqro” MMC-nin nümayəndəsi Pərviz Həsənov, sahibkar Aqşin Ağayev, rayon Kənd Təsərrüfatı İdarəsi rəisinin vəzifəsini icra edən Həsən Həsənov və başqaları çıxış ediblər.
Sonda Dövlət Proqramının son ilinin icrası ilə əlaqədar dəqiqliklə hazırlanmış tədbirlər planı qəbul edilib.
Valeh Salehov,
veteran yurnalist


reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter