• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Xalqın yaddaşında xilaskar kimi qalmış dövlət xadimi

Xalqın yaddaşında xilaskar kimi qalmış dövlət xadimi

Yazar Ismayilli
//
26 dekabr 2017
//
//
Oxunub 302
//
Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanmış öndər kimi qalmışdır.
Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət xadimi tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.
Xalqın yaddaşında xilaskar kimi qalmış dövlət xadimi
Xalqın yaddaşında xilaskar kimi qalmış dövlət xadimi
Xalqın yaddaşında xilaskar kimi qalmış dövlət xadimi
Xalqın yaddaşında xilaskar kimi qalmış dövlət xadimi
Rayonumuzun butun inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə ümummilli lider Heydər Əliyevin anım günü qeyd edilib, müxtəlif tədbirlər həyata keçirilib. Hacıhətəmli və Təzəkənd kəndlərində ətraf Mollaisaqlı, Qalagah, Talıstan, Diyallı və Qoşakənd kəndlərindən olan ağsaqalların, ziyalıların və gənclərinin iştirakı ilə anım günü tədbirləri keçirilib. Basqal və Lahıc qəsəbə, Kürdmaşı, Tircan, İvanovka, Xankəndi, Bizlan, Qurbanəfəndi, Aşıqbayramlı, Qubaxəlilli, Cülyan, Qalacıq, İstisu, Sumağallı, Qalınçaq, Gəraybəyli, Əhən və Müdri kənd İƏD-ləri üzrə nümayəndəliklərdə də dəyirmi masalar və toplantılar keçirilib, ümummilli lider Heydər Əliyevin xalqımızın həyatında və inkişafında müstəsna xidmətlərindən söz açılıb.
Tədbir iştirakçıları hazırda Ulu öndərin siyasətini prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirildiyindən, Azərbaycanda həyata keçirilən nəhəng quruculuq işlərindən, gündən-günə güclənən iqtisadiyyatımızdan, sürətlə abadlaşan, inkişaf edən Respublikamızın qazandığı nailliyyətdən iftixarla danışıblar.
Ehtiram Manafov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!