• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Ədliyyə işçilərinin peşə bayramı qeyd edilib

Ədliyyə işçilərinin peşə bayramı qeyd edilib

Yazar Ismayilli
//
26 dekabr 2017
//
//
Oxunub 248
//
Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə İsmayıllıda təntənəli tədbir keçirilib. Ədliyyə işçiləri rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.Ədliyyə işçilərinin peşə bayramı qeyd edilib
Tədbir rayon İcra Hakimiyyətinin konfrans zalında davam etdirilib. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bayram tədbirini giriş nitqi ilə açaraq ədliyyə işçilərini təbrik edib, onların rayondakı fəaliyyətlərinin nəticələrindən razılığını bildirib. Peşəkarlıqda daha çox fərqlənən ədliyyə işçilərinə RİH başçısının Fəxri fərmanları verilib.
Rayon məhkəməsinin hakimi Rəfail Şirinov ədliyyə orqanlarının bu günündən, inkişaf tarixindən, ümummilli lider Heydər Əliyevin ədliyyə sistemində apardığı köklü islahatların nəticələrindən, ölkədə qanunçuluğun möhkəmləndirilməsində prezident İlham Əliyevin həyata keçirdiyi səmərəli tədbirlərdən ətraflı danışıb və göstərilən diqqətə görə minnətdarlığını bildirib.
RİH başçısının müavini, YAP rayon təşkilatının sədri Sevil Əhmədova, rayon prokuroru Ülvi Abbasov, Rayon Polis Şöbəsinin rəisi Telman Ağasıyev, Hərbi Xidmətə Çağırış və Səfərbərlik Xidməti Rayon Şöbəsinin rəisi Xamis Bədəlov və digər ədliyyə işçiləri həmkarlarını təbrik ediblər.
Ş.Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!