• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Problemlər uğurla həll olunur

Problemlər uğurla həll olunur

Yazar Ismayilli
//
26 dekabr 2017
//
//
Oxunub 47
//
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayonun müasir inkişafını təmin etmək, keçmişini aramaq, tarixi-etnoqrafik, qədim memarlıq və arxeoloji abidələrini qorumaq üçün səmərəli layihələr həyata keçirir.
Son illərdə Basqal qəsəbəsinə asfalt yol və qaz kəməri çəkilib, burada enerji təsərrüfatı SİP kabel sistemi ilə yenilənib. Məktəb öz funksiyasını lazımınca yerinə yetirir. Kəlağayının təbliği mütəxəssislərin yaratdığı “Kəlağayı muzeyi” vasitəsilə geniş miqyasda aparılır.
Problemlər uğurla həll olunur
İstərdik ki, basqallı iş adamları, sahibkarlar üzlərini yenidən öz doğma yurdlarına tərəf çevirsinlər. Qəsəbənin keçmiş gur həyatına qayıtması üçün kəlağayı toxuculuğu bərpa olunmalı, sakinlərin məşğulluğunun təmin edilməsi üçün qüvvələr bir araya gətirilməlidir.
Basqaldakı görüş-qəbulda M.Sadıqov ilk növbədə sakinlərə respublikada və rayonda görülmüş, eləcədə görüləcək işlər barədə geniş məlumat verib. Hərtərəfli inkişaf məsələsində rayona, xüsusilə Basqal, Lahıc qəsəbələrinə, İvanovka və Qalacıq kəndlərinə diqqətlə yanaşıldığını vurğulayıb. Rayon əhalisinin sosial rifahının yüksəlişi üçün tez-tez yerlərdə olub, problemləri öyrəndiyini, müvafiq icra yollarını araşdırdığını diqqətə çatdırıb. O, Basqal qəsəbəsində keçirilən növbəti görüş-qəbulun da bu məqsəddən irəli gəldiyini bildirib.
RİH-nin başçısı M.Sadıqov dövlət qayğısının nəticəsi olaraq, Basqalda sosial məsələlərin uğurla həll olunduğunu qeyd edib. Sözü, təklifi, arzusu və narahatlığı olan qəsəbə sakinlərini səmimiyyətlə dinləyib.
Sakinlər qəsəbədə xəstəxana tikilməsini, VII əsrdə tikilmiş qədim hamamın təmir olunmasını, bazar meydanında yarımçıq qalan tikililərin başa çatdırılmasını xahiş ediblər.
Başçı narahatlıq doğuran məsələlərin həllini xidmət təşkilatlarının görüş-qəbulda iştirak edən rəhbərlərinə tapşırıb.
Ş.Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!