• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Sosial rifahla bərabər arzular da artır

Sosial rifahla bərabər arzular da artır

Yazar Ismayilli
//
26 dekabr 2017
//
//
Oxunub 253
//
Diyallı kənd inzibati ərazi dairəsi Diyallı, Sədiyan və Güyüm kəndlərini əhatə edir. Burada əhalinin məşğuliyyəti əkinçilik və maldarlıqdır. Son iki ildə 37 hektarda fındıq bağı salınıb.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov həmin kədlərdə yaşayan sakinlərlə görüş-qəbul keçirib. Görüşdə başçı qarşıda duran, həlli vacib məsələlərdən, kəndin inkişafı üçün görüləcək tədbirlərdən, qaz, elektrik enerjisi və su təchizatının, kommunal xidmətlərin daha da yaxşılaşacağından, sahibkarlığın inkişafı üçün sakinlərin fəal mövqeyə gəlməsinin vacibliyindən danışıb.
 Sosial rifahla bərabər arzular da artır
RİH başçısı bildirib ki, kəndin ərazisində tikilən Velosiped zavodu, istixanalar, tikiləcək digər istehsal müəssisələri rayonda, eləcə də Diyallı kəndində işsizliyin aradan qaldırılmasında, rayonun inkişafında mühüm rol oynayacaqdır.
Kənd sakinləri əhalinin sosial rifahının artırılması üçün yaradılan şəraitə görə təşəkkür edərək bildirdilər ki, onlar özləri də kənddə yeni təsərrüfatların, müəssisələrin yaradılması üçün müəyyən işlər görmək istəyirlər. RİH başçısı Mirdaməd Sadıqov ərzaq bolluğuna, faydalı əməyə istiqamətlənmiş təşəbbüslərin dəstəkləndiriləcəyini bildirərək, bu fikirdə olanlara məsləhətlərini verib. Deyilən istiqamətlər üzrə vətəndaşlara köməklik göstərilməsini aid sahə rəhbərlərinə tapşırıb.
Daha sonra sakinlər kəndin və özlərinin problemləri ilə bağlı RİH başçısına müraciət ediblər.
Çıxış edənlər görülmüş işlərə görə razılıqdan sonra Diyallıda 19 evin, Sədiyan və Güyüm kəndlərinin qazlaşdırılmasıni xahiş ediblər. Bildiriblər ki, Diyallıda tibb məntəqəsinin, uşaq bağçasının, sürüşmə zonasında olan qəzalı evlərin əvəzinə yeni yaşayış evlərinin tikintisinə, yararsız hala düşmüş elektrik dirəklərinin, 3 ədəd elektrik transformatorunun yeniləri ilə əvəz edilməsinə ehtiyac var.
RİH başçısı bütün müraciətləri diqqətlə dinləyib və qaldırılan məsələlərin həlli barədə aidiyyati üzrə tapşırıqlar verib.
Ş.Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!