• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Göstərilən dövlət qayğısından razılıq

Göstərilən dövlət qayğısından razılıq

Yazar Ismayilli
//
26 dekabr 2017
//
//
Oxunub 232
//
Dekabr ayının 12-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov məcburi köçkünlər üçün salınmış qəsəbədə xidmət təşkilatları rəhbərləri ilə birgə sakinlərlə görüş keçirib.
Burada, şəhərin 45 mənzilli yeni məhəlləsində əvvəllər rayonun ümumtəhsil məktəblərinin inzibati və yardımçı binalarında müvəqqəti yaşayan məcburi köçkün ailələri yerləşdirilib. Məhəllədə məktəb və tibb məntəqəsi tikilıb, su xətti çəkilib, yollara asfalt örtük vurulub. Şəhərarası avtobus məhəllə sakinlərinə xidmət edir. Ümumiyyətlə, burada sakinlərin rahat yaşayışı üçün lazımi şərait yaradılıb.
Göstərilən dövlət qayğısından razılıq
Gündəlik inkişaf təbii olaraq burada yaşayan əhalinin də tələb və ehtiyaclarını dəyişib. Ərazidəki 96 şagird yerlik məktəbdə Ağdam şəhər 30 nömrəli tam orta məktəbinin 176 şagirdi təhsil alır. Rəqəmlər məhəllədə yeni məktəb tikintisinə ehtiyac olduğunu aydın göstərir.
Görüşdə çıxış edən məhəllə sakinləri öncə qaz yanacağı haqqının ödənişində üzləşdikləri anlaşılmaz problemin həllinə köməklik göstərilməsini xahiş ediblər. Bununla bərabər işlə təminat, poçt və ATS-in açılması, ödəmə terminalının qoyulması, kanalizasiya xəttinin, məhəllə ətrafında yeni məskunlaşmış sakinlərin evinə qaz, işıq, su və yol çəkilməsinin vacibliyi çıxışlarda əksini tapıb.
Çıxış edənlər erməni təcavüzü nəticəsində ölkəmizdə, o cümlədən İsmayıllıda sığınacaq tapan qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısından razılıq edərək, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sakinlərin arzu və təkliflərini dinləyən RİH başçısı müvafiq qanunlar çərçivəsində onlara hər cür qayğı göstəriləcəyini, ehtiyaclarının ödəniləcəyini vurğulayıb, qaldırılan problemlərin həlli üçün konkret tapşırıqlar verib.
Şahməmməd Soltanov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!