• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Hacıhətəmli kəndində Ümummilli lider anılıb

Hacıhətəmli kəndində Ümummilli lider anılıb

Yazar Ismayilli
//
26 dekabr 2017
//
//
Oxunub 268
//
İsmayıllı rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyasının rayon təşkilatı ilə birgə Hacıhətəmli kəndində “Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələsini keçirib. Hacıhətəmli tam orta məktəbinin akt zalında təşkil olunan tədbir ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunub.Hacıhətəmli kəndində Ümummilli lider anılıb
Hacıhətəmli kəndində Ümummilli lider anılıb
“Heydər Əliyev Azərbaycanın xilaskarı, dövlətçiliyinin təminatçısıdır” mövzusunda keçirilən məşğələni giriş nitqi ilə RİH başçısının müavini, YAP rayon təşkilatının sədri Sevil Əhmədova açıb. Ulu öndərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı, idarəetmə məktəbinin təsisçisi Mirdaməd Sadıqov mövzuya aid məruzə edib. İştirakçıların diqqətinə onu da çatdırıb ki, ümummilli liderimizin müəyyən etdiyi inkişaf yolları, siyasi-ideoloji-iqtisadi konsepsiyaları öyrənilməli, bu günümüz və gələcəyimiz naminə ən yüksək səviyyədə icra olunmalıdır.
“Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələsində hacıhətəmlilərlə yanaşı Qalagah və Mollaisaqlı icra nümayəndəliklərindən də nümayəndələr iştirak edib. İştirakçıların bir neçə nəfəri mövzu ətrafında çıxış edib. Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən filmə baxılıb.
Dövlət qulluğu veteranı, ictimai fəal Valeh Salehov Heydər Əliyevin İsmayıllı üçün etdiklərini anım günü ərəfəsində bir daha xatirələrdə canlandırıb, gənclərin diqqətinə çatdırıb.
V.Salehov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!