• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Xəstəxanada anım günü keçirilib

Xəstəxanada anım günü keçirilib

Yazar Ismayilli
//
26 dekabr 2017
//
//
Oxunub 233
//
8 dekabr 2017-ci il tarixdə Rayon Mərkəzi Xəstəxanasının akt zalında “Ümumilli lider Heydər Əliyev Azərbaycan dövlətinin yaradıcısı və qurucusudur” mövzusunda “Heydər Əliyev idarəetmə məktəbinin məşğələsi keçirilib. İlk olaraq Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. RİH başçısının müavini, YAP rayon təşkilatının sədri Sevil Əhmədova tədbiri açıb mövzuya dair məruzə edib. Rayon Mərkəzi Xəstəxananın baş həkimi Aydın Əsədov qeyd edib ki, Azərbaycan səhiyyəsinin uğurları Heydər Əliyevin adı ilə bağlıdır
Xəstəxanada anım günü keçirilib
Xəstəxanada anım günü keçirilib            Ulu öndər dünyanın nadir, fərqli siyasətçisi olub. Təkcə Azərbaycanda deyil, bütün dünyada sözü keçərli, nüfuzu qəbul edilən lider kimi tanınıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını artırır. Digər çıxışçılar - İsrail İsmayılov, Murad Həbibov, Abdullətif Maqsudov da bildiriblər ki, bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir və ondan faydalanır. Sonra dövlət qulluğu veteranı Valeh Salehov Ulu öndərin İsmayıllıya səfərləri barədə ətraflı məlumat verib. Sonda Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən filmə baxılıb.

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!