• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Növbəti məşğələnin ünvanı Təzəkənd kəndi olub

Növbəti məşğələnin ünvanı Təzəkənd kəndi olub

Yazar Ismayilli
//
26 dekabr 2017
//
//
Oxunub 278
//
İsmayıllı rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyasının rayon təşkilatı ilə birgə Təzəkənd kəndində “Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələsini keçirib. Təzəkənd kənd tam orta məktəbinin akt zalında təşkil olunan tədbir ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunub.Növbəti məşğələnin ünvanı Təzəkənd kəndi olub
“Heydər Əliyev Azərbaycanın xilaskarı, dövlətçiliyinin təminatçısıdır” mövzusunda keçirilən məşğələni giriş nitqi ilə RİH başçısının müavini, YAP rayon təşkilatının sədri Sevil Əhmədova açıb. Ulu öndərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Ulu öndərin həyat və fəaliyyətini əks etdirən filmə baxılıb.
“Heydər Əliyev İdarəetmə Məktəbi”ndə Təzəkənd kənd tam orta məktəbinin tarix müəllimi Hacalı Səlimov məruzə ilə çıxış edib.
Tədbirdə Diyallı, Talıstan, Cülyan və Qoşakənd inzibati ərazi dairələrindən də iştirakçılar olub. İştirakçıların bir neçə nəfəri mövzu ətrafında çıxış ediblər.
RİH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov Heydər Əliyevin ideyalarının yaşayacağını diqqətə çatdırıb.
Məktəbin şagirdləri Ulu öndərin ruhuna layıq şeirlər söyləyiblər.
V.Salehov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!