• Ana səhifə |
Subscribe by RSS or RUS
» » “Basqal” kitabının təqdimat mərasimi keçirilib

“Basqal” kitabının təqdimat mərasimi keçirilib

Yazar Ismayilli
//
26 dekabr 2017
//
//
Oxunub 137
//
Son illər İsmayıllıda sosial-iqtisadi inkişafla yanaşı, mənəvi quruculuq sahəsində də əsaslı işlər görülür, müxtəlif tədbirlər hazırlanıb həyata keçirilir. Tanınmış ziyalılar, elm və incəsənət xadimləri, şair və yazıçılarla görüşlər keçirilir, vaxtı ilə bu bölgədə doğulub boya-başa çatan görkəmli şəxslərin, dövlət xadimlərinin mənalı həyat yolu gənclərə nümunə olaraq öyrədilir. Rayonun tarixi, etnoqrafiyası haqqında yazılmış kitabların, çəkilmiş filmlərin, bədii əsərlərin təqdimatı, müzakirəsi keçirilir.
“Basqal” kitabının təqdimat mərasimi keçirilib
“Basqal” kitabının təqdimat mərasimi keçirilib
“Basqal” kitabının təqdimat mərasimi keçirilib
Bu ənənənin davamı olaraq dekabr ayının 9-da rayonda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun maliyyə dəstəyi, tanınmış tarixçi alimlər Tofiq Babayev və Tahir Şahbazovun müəllifliyi ilə yenicə işıq üzü görmüş “Basqal” kitabının təqdimatı keçirilib.
Bayramsayağı və tarixi ənənələr fonunda bəzədilmiş Rayon Mədəniyyət Mərkəzinin iclas zalında keçirilən təqdimat mərasiminə 300 nəfərə yaxın iştirakçı toplaşıb. Tədbir iştirakçıları, rayon rəhbərliyi, qonaqlar əvvəlcə Basqalın tarixini, etnoqrafiyasını, milli adət-ənənələrini, sənətkarlıq nümunələrini, mətbəxini əks etdirən sərgi ilə tanış olublar. Sonra isə tədbir iclas zalında davam etdirilib.
Təqdimat mərasimini tarix elmləri doktoru, professor Qafar Cəbiyev aparıb. O, İsmayıllının, Lahıc və Basqalın qədim yaşayış və sənətkarlıq məskəni olduğunu diqqətə çatdırıb. Ümummilli liderin, ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tariximizə, ədəbiyyatımıza, incəsənətimizə, musiqimizə verdikləri dəyərlərdən, göstərdikləri maddi və mənəvi dəstəkdən danışıb. “Basqal” kitabının işığ üzü görməsinin məhz bu dəstəyin nəticəsi olduğunu diqqətə çatdırıb.
Rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi, professor Mirdaməd Sadıqov qonaqları və tədbir iştirakçılarını salamlayıb, “Basqal” kitabının tariximizin öyrənilməsində daha bir uğurlu addım olduğunu qeyd edib.
Sonra əslən Basqaldan olan idmançı, ağırlıqqaldırma üzrə altıqat dünya çempionu Kamil Qafarova Rayon İcra Hakimiyyəti adından mükafat təqdim edib.
Tədbirdə qonaq qismində iştirak edən etnoqraf alim, akademik Teymur Bünyatov, akademik Nailə Vəlixanlı, professor Maisə Rəhimova, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun icraçı direktoru Elçin Babayev, şair, astrofizik Bəhram Basqallı, Basqal İƏD üzrə nümyəndə Novruz Əsədov, müəlliflərdən professor Tofiq Babayev çıxış edərək kitabın Basqal və bütövlükdə Azərbaycan tarixini əks etdirmək baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər. Belə bir təqdimat mərasimi keçirildiyinə görə RİH-nə, rayon rəhbərliyinə, Basqal İƏD üzrə nümayəndəliyə öz minnətdarlıqlarını ifadə ediblər.
Sonda məktəblilər Basqala həsr olunmuş şeirlər söyləyiblər
Murad Məhərrəmov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!