• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Ümummilli liderin anım gününə həsr olunmuş cüdo yarışı

Ümummilli liderin anım gününə həsr olunmuş cüdo yarışı

Yazar Ismayilli
//
26 dekabr 2017
//
//
Oxunub 152
//
10 dekabr 2017-ci il tarixində İsmayıllı Rayon Olimpiya İdman Kompleksində Gənclər və İdman İdarəsi, Olimpiya İdman Kompleksi və Judo Federasiyasının rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyev birinciliyi üzrə cüdo idman növü üzrə yeniyetmələr arasında cüdo idman yarışı keçirilmişdir. Ümummilli liderin anım gününə həsr olunmuş cüdo yarışı
Tədbir ümummilli liderin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbiri cüdo üzrə məşqçi-müəllim Əkbər Şəfəqətov açıq elan edib və ilk sözü İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rauf Rəcəbova verdi.
Rauf Rəcəbov birincilik iştirakçılarını salamladı, onlara qələbə sevinci arzuladı, diqqətlə çatdırdı ki, bu dahi şəxsiyyət bütün mənalı ömrünü öz vətəninin, xalqının yüksəlişi və inkişafına sərf etmişdir. Xalqımızın siyasi rəhbəri Heydər Əliyev Azərbaycanı və azərbaycanlıları bütün dünyaya tanıdıb. Heydər Əliyevin heç bir tarixi şəxsiyyətlə müqayisə olunmayan, bənzərsiz, dünya siyasətində öz dəsti-xətti olan tarixi bir şəxsiyyət idi.
Cüdo üzrə məşqçi müəllim Nurlan Salmanzadə idmançılara qaydalar haqqında məlumat verdi və uğurlar arzuladı.
Hər çəki dərəcəsində qalib olan idmançılar Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırıldı.
Səbuhi Əzizov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!