• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Dünya kuboku İsmayıllıda

Dünya kuboku İsmayıllıda

Yazar Ismayilli
//
26 dekabr 2017
//
//
Oxunub 157
//
Hüsniyyə Sadıqzadə İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbinin III A sinfində oxuyur. Sinifin rəhbəri Sevinc Süleymanova ondan razılıqla danışır. O, dərslərini yaxşı oxumaqla müsiqiyə, xüsusilə də idmana böyük həvəs göstərir.
Dünya kuboku İsmayıllıda
Dünya kuboku İsmayıllıda
Musiqi marağına görə valideynləri onun Fazil Əzimov adına İncəsənət məktəbinin qarmon şöbəsində oxumasına şərait yaradıblar. H.Sadıqzadə burada birinci sinif şagirdidir.
Bu bacarıqlı məktəbli qızın idman nailiyyətləri daha sevindiricidir. İdmanın karate-do azad döyüş növü ilə məşğul olan Hüsniyyə öz çəki dərəcəsində artıq özünü tanıdıb. Bu cəsarətli idmançı İsmayıllı Olimpiya-İdman Kompleksində təlimçi-müəllim Bayram Qəhrəmanovdan öyrəndiklərini yarışlarda məharətlə yerinə yetirir. Qısa müddətdə qazandığı nailiyyətlərin sırasına Hüsniyyə bu yaxınlarda daha bir sevindirici qələbəsini əlavə edib.
Dekabr ayının 3-də Bakı şəhərində karate-do azad döyüş idmanı üzrə keçirilən Dünya çempionatında həmyerli məktəbimiz yaşıdları arasında hamıdan güclü olduğunu nümayiş etdirərək, birincilik qazanıb və Dünya çempionatının kubokunu İsmayıllıya gətirib. Hüsniyyəyə yeni uğurlar diləyirik.
Sevinc Kərimova,
məktəbin Uşaq təşkilatı rəhbəri


Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!